Yaponiya Ukraynaya 3 milyard dollar məbləğində maliyyə yardımı edib
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Yaponiya G7-nin 50 milyard dollarlıq kredit təşəbbüsü çərçivəsində Ukraynaya 3 milyard dollar ayırıb. Bu məbləğ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən ödəniləcək. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.
Yaponiyanın xarici işlər naziri Takeşi İvayey ilə görüşündə Zelenski vurğulayıb ki, yeni hökumətin təyinatından dərhal sonra yapon diplomatının xarici ölkəyə ilk səfərini Ukraynaya etməsi vacibdir.
"Ukraynanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyə, habelə Yaponiyadan əhəmiyyətli maliyyə və humanitar yardıma, xüsusən də enerji sektorumuza yeni yardım sənədlər paketinin verilməsinə görə təşəkkür edirəm", - deyə Zelenski yazıb.
Zelenski 3 milyard dollar yardımın ayırdığı üçün Yaponiya hökumətinə təşəkkürünü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 17 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















