Yaponiyada təbii fəlakət 140 min insan yollarda qaldı
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaponiyanın paytaxtı Tokioda şiddətli yağışlar həyatı iflic edib.
“Qafqazinfo” “Kyodo” agentliyinə istinadla xəbər verir ki, aramsız yağan leysan səbəbindən paytaxtda nəqliyyatın hərəkətində ciddi fasilələr yaranıb.
Dəmir yolu operatorları təhlükəsizlik məqsədilə çoxsaylı qatar reyslərinin ləğv edildiyini açıqlayıblar. Məlumata görə, qərardan 140 mindən çox sərnişin təsirlənib.
Yaponiyanın Meteorologiya Agentliyi (JMA) Tokionun cənubunda yerləşən vulkanik Niijima adası üçün torpaq sürüşməsi ilə bağlı ən yüksək səviyyəli həyəcan siqnalı verib. Sakinlərdən mümkün təbii fəlakətlərə qarşı maksimum diqqətli olmaları tələb edilib.
Sinoptiklər yağışlı havanın həftə ərzində paytaxt Tokio ilə yanaşı, qonşu Saitama və Çiba vilayətlərində də davam edəcəyi barədə xəbərdarlıq ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 07 Sentyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















