Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Yaş senzi mitinqinin iştirakçısı olan 8 12 yaşlı uşaqlar kim idi? ANALİZ

Yaş senzi mitinqinin iştirakçısı olan 8 12 yaşlı uşaqlar kim idi? ANALİZ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində dahi siyasətçinin siyasi fəaliyyətinə qarşı süni maniə kimi düşünülmüş “Yaş senzi” mitinqlərinin təşkil edilməsində fədakarlıq nümayiş etdirən şəxslər haqqında yazılar təqdim etməyi zəruri hesab edirəm.

SSRİ rəhbərliyinin ümummilli lider Heydər Əliyevə qarşı təcridetmə siyasəti o vaxtı Azərbaycan müti rəhbərliyi tərəfindən davam etdirilirdi. Bütün fəaliyyəti M.Qorbaçovun razılığını qazanaraq hakimiyyətdə qalmağa cəhd edən Ayaz Mütəllibov Kremlin sifarişini böyük həvəslə yerinə yetirirdi. Böyük dövlət adamı Heydər Əliyevin siyasi fəaliyyətdən təcrid etmək üçün Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında Azərbaycan Respublikasının Qanunu 1-ci maddəsində belə bir müddəa əlavə edilmişdir: “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının o vətəndaşı seçilə bilər ki, yaşı 35-dən aşağı və 65-dən yuxarı olmasın, beş il Azərbaycan Respublikasında daimi yaşamış olsun və bu Qanuna müvafiq surətlə Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək hüququna malik olsun”.

Bu müddəanın Heydər Əliyevə qarşı yönəlməsi heç kimdə şübhə doğurmurdu. Heydər Əliyevə qarşı olan xalq sevgisi bu cür süni maneələrin aradan qaldırılacağına şübhə doğurmurdu. Lakin bu sevginin təzahürlərinin üzə çıxarılmasında ilk addımları fədakar adamlar atmalı idi. Çünki həmin dövrdə hakimiyyətdə olan qüvvələr üçün ən arzuolunmaz şəxs idi Heydər Əliyev. Azərbaycanın ayr-ayrı rayonlarında kiçik mitinqlər şəkilində təşkil edilsə də Bakıda buna heç cür imkan vermirdilər. Lakin Heydər Əliyevə olan xalq sevgisinin ilk işartıları bu fədakar insanların sayəsində görünməyə başladı.

1992-ci ilin aprel-may ayında Azərbaycan Respublikası Ali Sovetinin qarşısında Yaş senzinin aradan qaldırılması və Heydər Əliyevin Prezident seçkilərində iştirakı maniə olan bu qanun ləğv edilməsinə etiraz əlaməti olaraq ilk mitinq təşkil olundu. Burada söhbət Heydər Əliyevə sevgi və hörmət bəsləyən şəxslərin təşkil etdiyi ilk mitinqin təşkil olunmasından gedir. Heydər Əliyev həmin vaxtı hakimiyyətə müxalifətdə idi. Xalq kütlələri arasında onun çox saylı tərəfdarları olasa bu qüvvələr pərakəndə idi. Bu qüvvələrin ilk təşkilatlanmış forması məhz Yaş senzi mitinqində üzə çıxdı. Bu mitinqdə iki azyaşlı uşaq iştirak edirdi. Onlar əllərində bayraq və Heydər Əliyevin portretini tutmuşdular. Bu azyaşlı uşaqlar kimdir?

Heydər Əliyevin ən sadiq tərəfdarlarından, 90-cı illərin əvvəllərində Ulu Öndərimizin müdafiəsi ilə bağlı mitinqlərin təşkilatçılarından, azyaşlı oğulları – Ramin Rüstəmov və Tural Rüstəmovla birlikdə həmin mitinqlərdə fəal iştirak edən Arif Rüstəmovun həyat yoldaşı Həvva Həsənova bu hadislərə işıq salır. H.Həsənova: “Yaş senzi mitinqinin təşkil edilməsində ən fəal rol oynayan şəxslərdən biri mərhum həyat yoldaşım, Heydər Əliyevi səmimiyyətlə sevən, onun müdafiəsinə qalxan Arif Rüstəmov idi. Arif Rüstəmov yeganə şəxs idi ki, iki azyaşlı oğlunu da özü ilə o mitinqlərə aparırdı. Həmin vaxt edilən təhdidlərə, Əmircan qəsəbəsindəki evimizin qəsdən yandırılması baxmayaraq, Arif Rüstəmov Ulu Öndər Heydər Əliyevin digər tərəfdarları ilə birlikdə bu aksiyaları təşkil edir və azyaşlı oğlanları ilə birgə iştirak edirdi. Aksiyalardan birində oğlumuz Tural və Ramili hətta döyərək, xəsarət yetirmişdilər”.

Mərhum silahdaşımız Arif Rüstəmovun o vaxtı azyaşlı olan iki oğlu uzun illərdi polis zabiti kimi Daxili İşlər Nazirliyi orqanlarında ləyaqətlə xidmət edirlər. Dahi siyasətçi Heydər Əliyevin bir bir sözü burada yerinə düşür. Həyatda iki şey var ki, onu sonradan öyrənmək mükün deyil bu sədaqət və cəsarətdir ki, bu insanın qanında olur. Necə deyərlər ot kökü üstə bitər. Tural və Ramil Rüstəmovlar ataları Arif Rüstəmovun əxlaq kredosunu davam etdirirlər.

Qeyd edim ki, biz gənclər isə o mitinqə həmin vaxt Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin 19 yaşlı tələbəsi olan Sadiq Qurbanovun(hazırda Milli Məclisin komitə sədridir) təşkilatçılığı və təşəbbüsü ilə toplanırdıq. Sonralar S.Qurbanov Yeni Azərbaycan Partiyasının ilk gənclər təşkilatının sədri oldu. O mintinqdə gənclərdən Sadiq Qurbanov, Rasim Musayev (general), Səməd Vəkilov (hüquqşünas), Əli Ağayev, Azər Xanəliyev, İftixar Huseynov, Fuad Bədirov, Samir Həsənov, Şahin Həsənov Elçin Həsənov, Elsevər Novruzov, Haqverdi Abbasquliyev, Orxan Məmmədov, rəssam Sabir, Tofiq Əliyev, Azər Seyidov, Azər Seyidzadə, Azərbaycan Neft İnstitunun Namiq adlı tələbəsi və s. şəxslər iştirak ediblər.

Məhz bizim inandığımız dahi siyasətçi Heydər Əliyev və onun uğurlu siyasi varisi Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın bütövlüyünü təmin etdi. Dəyərli oxuculara müasir Azərbaycan tarixinin ən önəmli dövrünü əhatə edən bu hadisələrlə bağlı silsilə yazılar təqdim ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 May 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see173

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see148

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see138

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri