Icma.az
close
up
RU
Yaşlı kişi qızının intim fotolarını qonşu oğlanda gördü və... Bakıda şok olay

Yaşlı kişi qızının intim fotolarını qonşu oğlanda gördü və... Bakıda şok olay

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Qaradağ rayonu ərazisində 1958-ci il təvəllüdlü Famil qızı Naziləni qətlə yetirməyə cəhd edib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 9 fevral 2024-cü ildə baş verib.

Həmin gün saat 21 radələrində Famili tanışı Uğur söhbət etmək üçün binanın dəhlizinə çağırıb. Ona qızı Nazilənin əxlaqsız həyat tərzi keçirdiyini söyləyib.

Famil “namusunu təmizləmək” üçün qisas niyyəti ilə qızını öldürmək qərarına gəlib. Mənzilə daxil olaraq mətbəx otağından bıçağı götürüb, dəhlizdə dayanmış Naziləyə yaxınlaşıb. Ona anasının gözü qarşısında çoxsaylı bıçaq zərbələri vurub. Vaxtında tibbi yardım göstərilməsi nəticəsində Nazilənin həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Familin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Famil elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Nazilə doğma qızıdır: “Nazilə uşaq bağçası müəlliməliyi ixtisasını bitirib. Ondan başqa 2 oğlan övladım da var, böyük oğlum Asim mənimlə, kiçik oğlum Səid isə anasıgildə yaşayır. 13 yaşından sonra qızımda əqli çatışmazlıq olduğunu bilmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 8-də onunla bir binada qalan Uğur Nazilənin adını bilmədiyi adamlarla münasibət qurduğunu bildirib: “Mən Uğurun telefonunda Nazilənin lüt şəkillərini və intim məzmunlu mesajlarını gördüm. O, şəkilləri və mesajların mətnini mənim mobil telefonuma göndərdi.

Nazilə və Uğur birlikdə küçə heyvanlarını yemləyirdilər, aralarında münasibət də belə yaranmışdı. Uğurla söhbətdən aydın oldu ki, Nazilə lüt şəkillərini başqa şəxslərə də göndərib. Mən ona bu işlə özümün məşğul olacağımı bildirdim. Bu barədə Nazilənin anası Sonaya da məlumat verdim.

Nazilə mənim yaşadığım binada, amma başqa mənzildə yaşayırdı. Həmin gün gecə saatlarında Nazilə mənim mobil telefonumu götürərək Uğurun göndərdiyi şəkilləri və mesajları pozdu”.

Famil qeyd edib ki, səhəri gün Nazilə işdən gəldikdən sonra onunla söhbət edib, əxlaqsız həyat tərzi keçirməməsini, ailənin adını ləkələməməsini bildirib, əks halda onu öldürəcəyini deyib: “Daha sonra ondan Uğurla birlikdə polis bölməsinə niyə getdiyini soruşdum. O da Uğurla aralarında münaqişə baş verdiyini, lakin münaqişənin artıq həll olunduğunu, özünün də pis yola düşmədiyini, deyilənlərin yalan olduğunu söylədi”.

Famil bildirib ki, fevralın 9-da saat 21 radələrində evdə olarkən qapı döyülüb: “Qapıya yoldaşım çıxdı və Uğurun məni çağırdığını dedi. Mən qapıya yaxınlaşdım. Uğur yenidən Nazilənin əxlaqsız həyat tərzi keçirdiyini və ondan polisə şikayət etdiyini bildirdi.

Mən hər şeydən xəbərdar olduğumu və hər şeyi özümün qaydasına qoyacağımı dedim. Bu zaman Uğurun anası Məlahət kiçik oğlu Musa ilə birlikdə mənə “sən yaxşı kişi olsaydın, qızına tərbiyə verərdin, qızın fahişədir, bu gün avtomobilə minib getdi” dedilər. Bu sözlərdən hiddətləndim. Mənzilə daxil oldum və mətbəxə keçdim. Oradan kiçik mətbəx bıçağını götürdüm və dəhlizdə Naziləyə yaxınlaşdım. Saçından tutaraq bıçaqla 5 dəfə onun bədəninə vurdum. Qonşumuz Lətifə araya girərək məni uzaqlaşdırdı.

Uğur qızımdan intiqam almaq üçün həmin şəkilləri mənə göstərib. Naziləyə xəsarət yetirəndə həyat yoldaşım da otaqda idi. Naziləni öldürmək məqsədim olmayıb. Sadəcə onu cəzalandırmaq istəmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nazilənin sözlərinə görə, təqsirləndirilən Famil onun atasıdır:

“Məlahət və onun oğlu Uğur bizimlə şəxsi-qərəzlikləri olub, ailələrimizin, əsasən da mənim adıma nalayiq ifadələr işlədiblər. Atama mənim barəmdə yalan danışıb, ona“sən kişi deyilsən” deyə bildirib, məni öldürməyi tələb ediblər.

Atam da qonşuların işlətdikləri ifadələri eşitdikdə əsəbləşdiyindən mətbəx bıçağı ilə onlara hücum etdi. Mən qonşularla atamın arasına girdim. Ondan əsəbləşməməsini xahiş etdim. Affekt vəziyyətində olduğundan səhvən bıçaqla mənə zərbələr endirdi”.

Zərərçəkmiş bildirib ki, 6 il ailəli olub və ayrılıb, övladı yoxdur: “Uğuru küçə itlərinə yem verərkən tanımışam və onunla dostlaşmışam. Mənə itlərə yem verməkdə köməklik göstərirdi. Həmin ərəfədə Uğur mənim şəxsi telefonumu oğurladı, mənə məxsus məlumatları əldə keçirdikdən sonra telefomu sındırdı, atama telefonda müəyyən şəxslərlə danışdığımı bildirdi.

Hadisə baş verən vaxt işdən yenicə evə gəlmişdim. Atamın məni vurduğu bıçaq sadə mətbəx bıçağı idi. Anam həmin vaxt evdə yox idi”.

Zərərçəkmiş qeyd edib ki, Uğur onun “İnstagram” sosial hesabını, iki ədəd “WhatsApp” hesabını, atasının və qardaşının telefon nömrələrini ona məxsus olan telefondan götürüb, bu barədə ona xəbər verməyib:

“Mənim “İnstagram” sosial hesabıma müdaxilə edərək orada şəklimi paylaşdı, məni rüsvay etdi. O şəkillər adi şəkillər idi, sosial şəbəkələrdə heç vaxt şəkil paylaşmamışam.

Uğur mənə şəkillərimi paylaşaraq rüsvay edəcəyini deyir, mənə hədə-qorxu gəlirdi. Hədə-qorxunun qarşılığında mənə qarşı pis niyyəti vardı.

Mən həmin şəkilləri atamın telefonunda görmüşəm. Həmçinin telefonda mənim sosial hesabıma yazan bir nəfər barədə də məlumat vardı. Uğur mənim həmin şəxslə danışdığımı, görüşdüyümü atama deyib. Halbuki mənim həmin şəxslə heç bir əlaqəm və ya münasibətim olmayıb. Həmin şəkilləri sosial şəbəkələrdə və ya kiminləsə şəxsi yazışmada heç kəsə göndərməmişəm.

Qonşuların atama qarşı işlətdikləri nalayiq ifadələri eşitmişəm. Onlar qapının qarşısında mübahisə edirdilər. Səs-küyə ətrafdakı qonşular da yığışdılar. Mənə xəsarət yetirilən zaman hadisə yerində ikimiz olmuşuq. Sonra qonşumuz gəlib.

Mən dəfələrlə Uğura məndən uzaq durmasını bildirmişəm. Onun anası da məni şərləyib, oğlundan uzaq durmağımı tələb edib.

Bu hadisəyədək atamla aramıza buna oxşar mübahisələrimiz olmayıb. Uğurun anası ümumiyyətlə hər kəsi söyür, ondan qonşular da narazı olublar”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Famil 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://publika.az
archiveBu xəbər 05 Dekabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see287

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see128

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri