Icma.az
close
up
RU
“Yatıb yuxuma da girməzdi ki, belə bir hadisə ola bilər” Yaşar Nurinin xanımı DANIŞDI

“Yatıb yuxuma da girməzdi ki, belə bir hadisə ola bilər” Yaşar Nurinin xanımı DANIŞDI

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Elə bir vəziyyətdir ki, deməyə də söz tapmıram. Heç bir xəstəliyi olmayan balamı itirmişəm. Yatıb yuxuma da girməzdi ki, belə bir hadisə ola bilər. Yaxşı ki, nəvəm var. Onu yanımızda saxlayırıq. Hər an çalışırıq onun başını qataq ki, anası üçün darıxmasın. Xalası ona çox dəstək olur, istədiyini alır. Çox ağıllı uşaqdır. Bütün gücümüzlə onu qoruyuruq. Ona başa salmışıq ki, həyatdır, hər şey ola bilər. Arabir gizlincə ağlayır, anasını yada salır”.

Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızı Ülviyyənin ölümündən danışarkən deyib.

O bildirib ki, yeganə arzusu nəvəsini böyütməkdir:

“Gülnara nəvə gözü ilə yox, övladım, qızım gözü ilə baxıram.

Yaşar Nuri sağ olsaydı, o da bu dağa dözməzdi. Ülviyyə onun ilk övladı idi. Qızımızı çox sevirdi. Onun işi, karyerası ilə həmişə qürurlanıb deyirdi ki, “qızıma bax”. Yəqin ki, Ülviyyə ilə Yaşarın ruhu bir-birinə qovuşdu. Onlar arasında ata-bala sevgisi var idi. Yaşar qızlarıma əsl ata idi, onlara çox bağlıydı. Uşaqlarımızı “sovetski” qaydaları ilə böyütmüşdük. Onlar bilirdilər ki, ata evə gələndə ayağa durmaq lazımdır.

Yaramız təzədir, ən həssas dövrümüzü yaşayırıq. Hələ 40 mərasimi çıxmayıb. Gözləmədiyimiz anda hər şey baş verdi. Hələ də bu itkini qəbul etmirəm.

İnsanlıq halıdır, hamının başına belə bir faciə gələ bilər. Ona görə də insanlar gərək vaxtında bir-birinin qədrini bilsinlər, bir-birinin hörmətini saxlasınlar. Satqınlıq edib, bir-birinin ayağından dartmasınlar. Axı həyat əbədi deyil”.

Qeyd edək ki, mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı noyabrın 15-də gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib. Y.Nuri iki qız atası idi. Ülviyyə onun böyük qızı olub. Digər qızı Ülkər müğənniliklə məşğul olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri