Icma.az
close
up
RU
Yaxın Şərqdə etimad böhranı: Diplomatiya müharibəyə niyə uduzur?

Yaxın Şərqdə etimad böhranı: Diplomatiya müharibəyə niyə uduzur?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti bölgədə diplomatik ümidləri bir qədər artırsa da, Qəzzada atəşkəsin yenidən pozulması göstərdi ki, bölgədə vəziyyət hələ də çox kövrəkdir. ABŞ-nin vasitəçiliyi ilə əldə olunan razılaşmanın belə uzunömürlü olmaması ehtimalı həm tərəflər arasında etimad böhranını, həm də regionda geosiyasi maraqların sülhdən üstün tutulduğunu bir daha təsdiqləyir. Hazırkı durum göstərir ki, hər iki tərəf "siyasi güzəşt" mərhələsinə keçməyə hazır deyil, müharibə ritorikası diplomatik təşəbbüslərə qalib gəlməkdə davam edir.

İsrail Müdafiə Ordusunun HƏMAS hədəflərinə endirdiyi zərbələr və artilleriya atəşi bölgədə hərbi əməliyyatların yeni mərhələyə keçə biləcəyi ehtimalını gücləndirir. Rəsmi Təl-Əviv HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edir, HƏMAS isə öz növbəsində insidentlə əlaqəsinin olmadığını bildirir. Bu qarşılıqlı bəyanatlar atəşkəsin taleyini sual altına alır və tərəflər arasında inamsızlığın dərinləşdiyini göstərir. Lakin bu hadisənin kökündə daha dərin səbəblər dayanır. İllərdir davam edən qarşılıqlı etimadsızlıq, tərəflərin bir-birini "mövcudluğuna təhdid" kimi görməsi, habelə siyasi inam mexanizmlərinin olmaması atəşkəsi davamlı saxlamağa imkan vermir. Ona görə də hər iki tərəf üçün silah sükutdan daha güclü siyasi arqumentə çevrilib. Bu hadisələr göstərir ki, Yaxın Şərqdə sülh təşəbbüsləri yalnız diplomatik bəyanatlarla deyil, qarşılıqlı etimad və davamlı beynəlxalq zəmanətlə möhkəmlənməlidir. Hazırkı reallıq isə əksinə, "sülh dili"nin hələlik "silah dilinə" uduzduğunu göstərir.

Bu baxımdan, Yaxın Şərqdə sülh prosesinin gələcəyi hazırda ciddi sual altındadır. İsrail və HƏMAS arasında etimad mühiti mövcud olmadığı üçün atəşkəsin yenidən bərpası da yalnız qısamüddətli nəticə verə bilər. Vasitəçilik cəhdləri mühüm olsa da, onlar bölgədə dayanıqlı mexanizm yarada bilmirlər. Çünki tərəflərdən heç biri uzunmüddətli siyasi güzəştə hazır deyil. İsrail üçün əsas prioritet HƏMAS-ın hərbi infrastrukturunun tam zərərsizləşdirilməsidir. HƏMAS isə bu strategiyanı "müqavimətə son qoymaq cəhdi" kimi qəbul edir. Bu ziddiyyət, sülh danışıqlarının hər dəfə eyni nəticəsiz mərhələyə qayıtmasına səbəb olur. Bütün bunlar onu göstərir ki, bölgədə real sülh yalnız tərəflər "təhlükəsizlik" və "legitimlik" anlayışlarını bir-birinə qarşı yox, bir-birini tamamlayan dəyərlər kimi qəbul etdikdə mümkündür. Əks halda, diplomatiya prosesi yalnız fasiləli münaqişələrlə müşayiət olunan dırnaqarası atəşkəs dövrü kimi yadda qalacaq.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri