Icma.az
close
up
RU
Yeni futbol düzəninə uyğunlaşmağa çalışan Qarabağ bu dəfə Liqa mərhələsində daha geniş heyətlə oynayacaqlar

Yeni futbol düzəninə uyğunlaşmağa çalışan Qarabağ bu dəfə Liqa mərhələsində daha geniş heyətlə oynayacaqlar

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ" uzun illərdi bir neçə cəbhədə oynamağa alışıb artıq. Əksər futbolçuları milli üzvləri olduğu üçün Qurban Qurbanov daim rotasiyalar edir, mövsüm boyu demək olar ki, bütün futbolçuların xidmətindən yararlanır.

Məsələn, hesabat turunda "Sumqayıt"la meydana çıxanlar arasında "Ferenstvaroş"a qarşı əsas heyətdə oynayan bir futbolçuya belə rast gəlinmədi. Düzdü, "Qarabağ" məğlub oldu. Amma şərti olaraq "ikinci" adlandırdığımız heyətlə belə, rəqibini məğlub etmək gücündədir. Bəzən "qəzalar" olur, bu da mövsüm ərzində qaçılmazdır. Lakin yəqin ki, "Qarabağ"ın növbəti çempionluğuna şübhə ilə yanaşan yoxdur. 

"Qarabağ" bu mövsüm transfer bazarında çox aktiv görünür. Bunun da səbəbləri var. Qurban Qurbanov həmişə açıqlamalarında deyib ki, futbolda gedən dəyişikliklərlə ayaqlaşmaq şərtdir. Futbol düzəni elə bir şeydir ki, daim dəyişir, daim irəli gedir. Keçən avrokubok təcrübəsi bizə onu göstərdi ki, geniş ehtiyat skamyası olmadan bu səviyyədə oynamaq mümkün deyil. 

Avrokubokların hazırkı formatı əvvəlkindən əhəmiyyətli dərəcədə fərqlənir. Daha 3 rəqiblə yox, 8 müxtəlif rəqiblə üz-üzə gəlir Liqa mərhələsində çıxış edən komandalar. Əvvələr qrup mərhələsində 3 rəqibin hərəsiylə 2 oyun keçirilirdisə, indi 8 komandanın hər biriylə 1 dəfə oynamalısan. Burada söhbət yalnız 2 oyun çox keçirməkdən getmir. Rəqiblərin fərqliliyini nəzərə alsaq, müxtəlif tərzdə oyun keyfiyyətinə malik komandaların hər birinə uyğun hazırlaşmaq həm mental, həm də taktiki baxımından çox enerji aparır, məşqçinin əlinin altında fərqli bacarıqlara malik futbolçuların çox olmasını şərtləndirir. 

Ötən mövsüm "Qarabağ"a məhz bu çatmadı. Təmsilçimiz 8 komandalı Liqa mərhələsinə uyğunlaşmaqda çətinlik çəkdi. Ona görə də, Qurban Qurbanov bu dəfə daha geniş heyətlə keçirmək istəyir Liqa mərhələsini. Xətlər üzrə təhlil etməli olsaq, Qurbanovun hər mövqedə bir neçə seçim variantı var. Güclənəsi bir neçə mövqe qalıb ki, onun da üzərində ciddi iş gedir. 

Əksər azarkeşləri narahat edən məsələ hücumla bağlıdır. Nəriman da, Musa da qollarını vurur. Amma Liqa mərhələsi üçün daha təcrübəli hücumçulara da ehtiyac var. Yaxşı forvard olmadan o səviyyədə nəticə qazanmaq çətin olacaq. İstər Çempionla Liqası olsun, istərsə də Avropa Liqası. Ümid edək ki, Liqa mərhələsinin startına qədər bu məsələ də həllini tapacaq. 

Həmid

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri