Icma.az
close
up
RU
Yeniyetmə voleybolçular dopinq barədə maarifləndiriliblər

Yeniyetmə voleybolçular dopinq barədə maarifləndiriliblər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Voleybol Federasiyasında yeniyetmə idmançılar, onların valideynləri və məşqçilərinin iştirakı ilə maarifləndirici görüş təşkil olunub.

AMADA-dan AZƏRTAC-a verilən məlumata görə, tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.12-ci bəndinin icrası, həmçinin agentliklə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib. Görüşün məqsədi gənc idmançıların narkotik vasitələr, psixotrop maddələr və dopinqin insan sağlamlığına, eləcə də idman karyerasına mənfi təsirləri barədə məlumatlandırılması olub.

AMADA-nın əməkdaşı çıxışında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilmiş narkotik vasitələrdən istifadənin tibbi, sosial və hüquqi nəticələri, habelə dopinqin yaratdığı təhlükələr və qadağan olunmuş maddə və üsullarla mübarizə istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Görüş zamanı narkotik vasitələrdən istifadəyə səbəb olan risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, mövcud hüquqi mexanizmlər və profilaktik tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, dopinqdən istifadənin yarada biləcəyi fəsadlar, psixoloji problemlər, idmanda ədalətli rəqabət prinsiplərinin pozulması və antidopinq qaydalarının pozulmasına görə tətbiq olunan sanksiyalar barədə məlumat verilib.

Tədbirdə yeniyetmə voleybolçuların sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili və zərərli vərdişlərdən uzaq durmalarının vacibliyi də vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri