Icma.az
close
up
RU
YERLƏ SÜRÜNƏN METRO... 2.5 milyardlıq kapital, 560 milyon zərər, 50 milyon subsidiya və artan şikayətlər... AzPolitika onlayn siyasiictimai qəzet

YERLƏ SÜRÜNƏN METRO... 2.5 milyardlıq kapital, 560 milyon zərər, 50 milyon subsidiya və artan şikayətlər... AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin sərəncamı ilə dünən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, onun yerinə Vüsal Aslanov təyin edilib.

Metro ölkə paytaxtında ən böyük infrastruktura malik olan mühüm ictimai nəqliyyat vasitəsidir. 1967-ci il noyabrın 6-sında istifadəyə verilmiş Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var. Gün ərzində metro ilə 650 minədək, aylıq 17-18 milyon, il ərzində isə 200 milyondan artıq sərnişin daşınır. Başa çatmaqda olan 2024-cü ilin birini yarısında bi rəqəm 113.2 milyon nəfər olub. Metropoliten sərnişin daşınmasından ilin birinci yarısında 44.05 milyon manat gəlirlə keçən ilin eyni dövründə qeydə alınan 40.43 mln. manatı 9 faiz üstələyib.

Metroda 4500-ə qədər işçi çalışır, ilin birinci yarısında orta aylıq əmək haqqı 1300 manata yaxın olub.

Maliyyə göstəricilərinə gəldikdə, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 2 milyard 580 milyon 638 min manat, ilin əvvəlində vergi borcu 17.2 milyon manat, yığılmış zərəri 560 milyon manatdan çox olub. Bu il dövlət büdcəsindən QSC-yə 50.1 milyon manat subsidiya ayrılıb ki, buna da səbəb metropolitenin sərnişindaşımadan əldə etdiyi vəsaitlərin xərcləri qarşılamadığı göstərilir.

Metro daşınması üzrə tariflər Tarif Şurası tərəfindən tənzimlənir. 2023-cü ilin əvvəlindən bir gedişin qiyməti 30 qəpikdən 40 qəpiyə qədər yüksəldilib, bu da 21.94 mln. manatlıq əlavə gəlir gətirib. Bu ilin 30 iyununda isə gedişhaqqı daha 10 qəik artırılaraq 50 qəpiyə çatdırılıb. Hesablamalara əsasən, bu artım metro üçün 11.32 mln. manat əlavə gəlir deməkdir. Bu da 2024-cü ildə təqribən 90 mln. manatlıq cəmi gəlir gözləntisidir.

Azərbaycan İnvestisiya Holdinqinin tərkibində olan “Bakı Metropoliteni”nin inkişafı ilə bağlı nə qədər vəsait ayrıldığı və xərcləndiyi barədə mlumatlar tapmaq çətindir. 2022-ci ildə Holdinqin baş icraçı direktoru Ruslan Əlixanov bildirib ki, Bakı metrosunun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurası tərəfindən təsdiq edilib.

O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib. "2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb", - deyə Ruslan Əlixanov deyib.

Dünən, QSC-nin sədri Zaur Məmmədovun sərəncamı oxunmazdan bir qədər əvvəl qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov mətbuata bildirib ki, “Bakı Metropoliteni”nin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı “B-4” olan metro stansiyasının tikintisi dayandırılıb. O buna səbəb kimi vəsait çatışmazlığını göstərib.

Qeyd edək ki, perspektiv plana əsasən, Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq və uzunluğu 18,5 km olacaq. Xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. "8 Noyabr" stansiyası isə 2021-ci il may ayının 29-da açılıb və 2 gün sonra ilk sərnişinlərini qəbul edib. 2022-ci il dekabr ayının 23-də xəttin "Xocəsən" elektrik deposu və "Xocəsən" stansiyası istismara verilib. Bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır.

Bəxtiyar Məmmədovun bəhs etdiyi “B-4” stansiyası Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə yerləşir. QSC-nin məlumatına görə, Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən 5-ci stansiyasında daha bir mərhələ üzrə inşaat işləri tamamlanıb.

““B-04” stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir. Onun dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla dörd səviyyədə inşa edilir. Ən üst qatda - birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya dörd girişdən qəbul olunacaq. Zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində üç eskalator üçün yer ayrılıb. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator quraşdırılacaq...” – məlumatda qeyd olunur.

“Bakı Metropoliteni” QSC-nin keçirdiyi tenderlər də medianın diqqətini çəkib. Məsələn, 2021-ci ilin iyunun 10-da qurum beş sərnişin vaqonunun təmiri üzrə açıq tender keçirib. Məlumatda müasir vaqon təmiri sexinə malik metropolitenin yenidən bu işləri şübhəli özəl şirkətə etibar etdiyi qeyd olunur.

Bildirilir ki, dövlət satınalmaları reyestrinə əsasən müsabiqədə “Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) qalib gəlib: “İş aşağıdakıları əhatə edir: vaqonların ön görünüşünün dəyişdirilməsi, qumla təmizlənməsi üçün tam sökülməsi, qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, ikiqat akril boya ilə rənglənməsi, antikorroziya boyası, kuzovun bərpası, ikiqat akril boya ilə boyanması, salonun tam yığılması və işıqlandırılmasının modernləşdirilməsi. İş 666,2 min manat (391,8 min dollar) həcmində qiymətləndirilib və 30 may 2022-ci il tarixinədək başa çatdırılmalı idi. Tenderə buraxılmaq üçün şərtlərdən biri son iki ildə göstərilən fəaliyyət sahəsində təcrübənin olmasıdır. Ancaq tenderdə iştirak edən digər iddiaçılar barədə məlumat verilmir”.

Daha sonra qeyd olunub ki, Metropoliten özünün 2014-2017-ci illərdə tikilmiş vaqon təmiri bazasının olduğunu gizlətmir: “Burada Rusiya istehsalı olan vaqonların təmiri ilə bağlı bütün işlər görülür. Ancaq məlum olmayan səbəblərdən metropoliten vaqonların təmiri üzrə işləri satın alır. 2019-cu ilin iyununda ilk açıq tenderdə həmin şirkət (“Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət) qalib gəlib. Onunla 2 milyon 87,7 min manat (1 228 min dollar) dəyərində müqavilə bağlanıb. “Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN 1701930271) haqda hər hansı açıq məlumat yoxdur. Ona görə də onun bu işlərdə ixtisaslaşdığı şübhəlidir. Şirkət 2016-cı ildə Bakıda 10 manat kapital ilə yaradılıb. Direktoru Rafiq Kərəm oğlu Məmmədovdur. 2019-cu ildə “Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət iki müqavilə üzrə metropolitenin avtomobillər və digər maşın və mexanizmlər üçün ehtiyat hissələrinə olan 1 milyon 652,5 min manatlıq tələbatını ödəyib. 2018-ci ilin iyununda bu şirkətə 384,6 min manat məbləğində (ƏDV nəzərə alınmaqla) analoji müqavilə verilib”.

“Turan” informasiya agentliyi qeyd edib ki, “Nəqliyyat Təmir-Təchizat” MMC-nin həmin il üzrə 45 993 manat məbləğində vergi borcu var: “Bu da formal olaraq dövlət satınalmalarında iddiaçılar üçün yolverilməzdir”.

20.04.2022-ci il tarixində Dövlət Satınalma Portalında isə iki tender müqaviləsi bağladığı barəsində məlumat dərc edilib.

Belə ki, TOO “Ticarət evi ЕПК – Qazaxıstan” (VÖEN – 070140008823) ilə bağlanan 41 250 manatlıq “81-717, 81-714 seriyalı metro vaqonlarının təmirində istifadə olunan ehtiyat hissələri” müqaviləsi və “AKB LenSpetsavtomatika” MMC (VÖEN – 780101001) ilə bağlanan 50 127 060 (Əlli milyon yüz iyirmi yeddi min altmış) manatlıq “Hərəkət tərkibləri üçün idarəetmə dövrələri avadanlığı” müqaviləsi barəsində ətraflı məlumat bölməsi boş saxlanılıb.

Bu barədə daha çox faktlar təqdim etmək olar. Ehtimal etmək olar ki, Zaur Məmmədovun vəzifədən çıxarılması ölkənin strateji nəqliyyat infrastrukturunda korrupsiya, özbaşınalıq və s. neqativ hallarla bağlı ola bilər. Son zamanlar mediada və sosial şəbəkələrdə bu qurumdan şikayətlər xeyli artmışdı. Qeyd olunurdu ki, qatarların tunellərdə qalması, daşıma qrafikinin tez-tez pozulması, idarəçilikdə yol verilən nöqsanlar paytaxtın artan tələbatının qarşılana bilməməsinə gətirib çıxarıb.

Onu da vurğulamaq yerinə düşər ki, dövlətin böyük vəsaitlər, subsidiyalar xərləməsinə baxmayaraq astronomik zərər içində olan “Bakı Metropoliteni QSC” ən zəif inkişaf göstəricilərinə malikdir. Bunu son 15 ildə tikilib istifadəyə verilmiş metrostansiyaların sayı, onlarda tez-tez yaranan problemlər də təsdiq edir...

Gözləyək, görə, yeni sədr Vüsal Aslanov dövrü Bakı metrosu, onun xidmətindən istifadə edən milyonlarla sərnişin üçün nə ilə yadda qalacaq.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Dekabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see169

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see124

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see123

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see120

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see120

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see120

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see119

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri