Yerli və xarici turistlər üçün təhlükəli abidə... Mədəniyyətimizə laqeydlik milli ənənəyə çevrilir Video
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Etiraf edim ki, hərhansı bir xarici millətin nümayəndəsinin Azərbaycanın tarixi abidəsinə olan bu marağı məni qürurlandırırdı. Nəzarətçi qala haqqında ətraflı məlumat verir, tariximizə aid ən doğru informasiyaları əcnəbilərlə bölüşürdü.
Turistlər bizimlə bərabər qalaya qalxdı, fotolar çəkdi. Amma vəziyyət təhlükəli idi. Özümüzün öz tariximizə bu qədər laqeyd olması bir vətəndaş kimi mənə təsir edir.
Turistlərin diqqətini çəkən bir abidənin belə bir dağınıq vəziyyətdə olması, sözün əsl mənasında aidiyyatı qurumun yetərsiz fəaliyyətinin aynasıdır. Əgər bir qurum öz məsuliyyətini dərk etmirsə, öz vəzifələrini həyata keçirə bilmirsə, niyə var?
Yəqin xoşlarına gəlir ki, hansısa turist öz ölkəsində desin ki, “Azərbaycan gözəl ölkədir, amma Bakıda olan tarixi abidələr məhv olur”. Düşünün, 70 yaşlı ingilis turist qalaya çıxır, amma hər an təhlükədədir. Buradakı təhlükə qalanın divarlarnın, döşəmə və tavanlarının dağılmış vəziyyətdə olmasıdır. Maraqlıdır, burada bir turistin başına bir bədbəxt hadisə gəlsə, həmin aidiyyatı qurum bu vəziyyətin altından necə çıxacaq? Və ya çıxa biləcəkmi?
İradə Cəlil, Bizimyol.info


