Icma.az
close
up
RU
Yunanıstanda xəstəlik səbəbilə yüz minlərlə qoyun və keçi məhv edilib

Yunanıstanda xəstəlik səbəbilə yüz minlərlə qoyun və keçi məhv edilib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yunanıstanda qoyun və keçilər arasında sürətlə yayılan çiçək xəstəliyi ölkənin məşhur "feta" pendiri istehsalını və ixracını ciddi təhlükə altına qoyub. Xəstəlik səbəbilə ölkə üzrə yüz minlərlə heyvan məhv edilib.

Bizimyol.info xəbər verir ki, Tesaliya bölgəsinin Karditsa şəhərində təsərrüfat sahibi və baytar Anastasiya Siurtu bildirir ki, noyabrın 12-də onun 650 baş qoyunundan ibarət sürüsü xəstəlik aşkarlandığı üçün tamamilə yox edilib. O deyir ki, yaxınlıqdakı başqa bir fermada xəstəliyin gizlədilməsi virusun yayılmasına səbəb olub.

Siurtu üçün bu hadisə yalnız iqtisadi zərər deyil — qoyun südü ölkənin “ağ qızıl” adlandırdığı "feta" pendirinin əsas xammalıdır. O, heyvanların məhv edilməsini “çox ağır və amansız” bir gün kimi xatırlayır.

Çiçək xəstəliyi ilk dəfə 2024-cü ilin avqustunda ölkənin şimalında aşkarlanıb və qısa müddətdə digər bölgələrə yayılıb. Kənd Təsərrüfatı və Qida Nazirliyinə görə, noyabrın ortalarınadək 1.702 yoluxma qeydə alınıb.

Qaydalara əsasən, bir təsərrüfatda tək bir yoluxma belə aşkar edilsə, bütün sürü profilaktik məqsədlə məhv edilir. Bu günə qədər təxminən 417 min qoyun və keçi yox edilib — bu, ölkədəki ümumi heyvan sayının 4–5%-i deməkdir.

Yunanıstanda qoyun-keçi südünün 80%-i "feta" istehsalında istifadə olunur. Coğrafi işarə ilə qorunan "feta" yalnız Yunanıstanda istehsal edilə bilər. Ötən il ölkə 785 milyon avro dəyərində "feta pendiri" ixrac edib.

Bəzi kiçik pendir istehsalçıları artıq süd çatışmazlığı yaşadıqlarını və yaxın aylarda "feta" təchizatında çətinliklər ola biləcəyini deyirlər. Mütəxəssislər isə süd həcminin azalmasının istehsal xərclərini artıracağını və qiymət artımının qaçılmaz olduğunu bildirirlər.

Karditsa yaxınlığında təsərrüfat sahibi Tassos Manakas 873 heyvanının 9 oktyabrda yox edildiyini deyir. O, təsərrüfatı bağlamağa məcbur qalıb: “O gün qolumu kəssən qanım axmazdı,” — deyə fermer boş tövlələri göstərərək söyləyir.

Hökumət hər heyvana görə 132–220 avro kompensasiya ödəyir. Lakin fermerlər bunun onların real zərərini qarşılamadığını bildirir və hökuməti gec və səmərəsiz müdaxilədə ittiham edirlər. Xəstəliklə bağlı ekspert komitəsinin ilk yoluxmadan 14 ay sonra, yalnız 2025-ci ilin oktyabrında yaradılması da narazılığı artırıb.

Rizomilos kəndindən olan Haris Seskliotis təsərrüfatında tək bir yoluxma aşkarlandığı üçün 700 qoyununu itirib. Bu, onun üçün artıq ikinci böyük zərbədir — 2023-cü ildə Tesaliya daşqınlarında da sürüsü məhv olmuşdu.

“Çox ağır vəziyyətdir,” — deyə Seskliotis bildirir. O, indi oğlu ilə birlikdə mal-qara yetişdiriciliyinə keçməyi planlaşdırır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Dekabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri