Icma.az
close
up
RU
Menu

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Yuxunuzu poza bilər: Yatmazdan əvvəl yeməməli olduğunuz 7 məhsul

Yuxunuzu poza bilər: Yatmazdan əvvəl yeməməli olduğunuz 7 məhsul

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Keyfiyyətli yuxu üçün yalnız rejimə deyil, yatmazdan əvvəl qəbul etdiyiniz qidalara da diqqət yetirmək vacibdir. Mütəxəssislər gecə orqanizmin tam bərpa olunmasına mane ola biləcək məhsulların siyahısını açıqlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Martha Stewart” nəşri yazır.

Axşam qəbul edilən qida və içkilər istirahətin keyfiyyətinə təsir göstərə, hətta gecə oyanmalarına səbəb ola bilər.

Yuxu pozuntularının ən geniş yayılmış səbəblərindən biri yatmazdan əvvəl ağır yeməklər qəbul etməkdir. Belə qidalar mədədə narahatlıq yarada və orqanizmin istirahətə hazırlaşmasına mane ola bilər.

Klivlend Klinikasının tövsiyələrinə görə, sonuncu yemək yuxudan ən azı üç saat əvvəl başa çatmalıdır. Bu, bədənə qidanı həzm etmək üçün kifayət qədər vaxt verir, narahat hisslərin qarşısını alır və daha rahat yuxuya getməyə kömək edir.

Lakin problemlər yalnız böyük porsiyalarla bağlı deyil. Bəzi məhsul və içkilər də yuxuya mənfi təsir göstərə bilər.

Kofeinli içkilər

Diyetoloq və qidalanma məsləhətçisi Loren Manaker bildirir ki, qəhvə, bəzi çay növləri və digər içkilərdə olan kofein orqanizmdə altı saata qədər qala bilər.

Kofein yuxuya getməyə kömək edən kimyəvi maddələrin fəaliyyətini bloklayır və oyaqlıq vəziyyətini qoruyur.

Diyetoloq Tobi Amidor isə əlavə edir ki, bəzi insanlar kofeinsiz içkilərdə olan çox az miqdarda kofeinə belə həssas ola bilər. Buna görə yatmazdan əvvəl bu cür içkilərdən də uzaq durmaq məsləhətdir.

Tünd şokolad

Tünd şokoladın tərkibində kofein və teobromin adlı maddələr var. Loren Manakerin sözlərinə görə, bu maddələr stimullaşdırıcı təsir göstərərək yuxu dövrünü poza bilər.

Spirtli içkilər

Spirtli içkilər əvvəlcə rahatlamağa və yuxululuq yaratmağa kömək edə bilər, lakin nəticədə yuxunun keyfiyyətini pisləşdirir.

Manaker qeyd edir ki, alkoqol sürətli göz hərəkəti (REM) yuxu mərhələsini poza bilər. Bu mərhələ insanın oyandıqdan sonra özünü gümrah və bərpa olunmuş hiss etməsi üçün vacibdir.

Hətta bir neçə içki, bəzi insanlar üçün isə yalnız bir içki belə gecə daha tez-tez oyanmağa və yuxunun daha narahat keçməsinə səbəb ola bilər.

Bundan əlavə, alkoqol sidik ifrazını artırır və bu da gecə oyanmalarının sayını çoxalda bilər. Məqalədə qeyd olunur ki, spirtli içkilər xoruldama və daha parlaq, bəzən xoşagəlməz yuxularla da əlaqəli ola bilər.

Ağır və yağlı qidalar

Burger, kartof fri və qızardılmış toyuq kimi fastfud məhsulları çoxlu doymuş yağ ehtiva edir. Tobi Amidorun sözlərinə görə, belə qidalar mədə yanması, həzm problemləri və narahat yuxuya səbəb ola bilər.

Bu cür yeməklərdən sonra yatmaq həzm sisteminin orqanizmin istirahət etməli olduğu vaxtda aktiv işləməsinə gətirib çıxarır.

Mütəxəssislər həmçinin hesab edirlər ki, yatmazdan əvvəl ağır yeməklər kabusların yaranması ilə əlaqəli ola bilər.

Acılı qidalar

Gec saatlarda nahar edirsinizsə, acılı souslardan və digər ədviyyatlı məhsullardan imtina etmək daha yaxşıdır.

Yeməyə acılıq verən kimyəvi birləşmələr, xüsusilə kapsaisin, bədən temperaturunu artıra, sinir sistemini stimullaşdıra, mədə yanması və turşu reflüksünə səbəb ola bilər. Bütün bunlar yuxuya getməyi çətinləşdirir.

Şirin məhsullar və rafinə olunmuş karbohidratlar

Yatmazdan əvvəl şirin səhər yeməyi dənlərindən də uzaq durmaq məsləhətdir.

Konfetlər, şirin sıyıqlar, ağ çörək və makaron kimi məhsullar qanda şəkərin sürətlə yüksəlməsinə, daha sonra isə kəskin şəkildə aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, bu hal gecə oyanmalarına gətirib çıxara bilər.

Bundan əlavə, belə qidalar dərin yuxunun müddətini azalda və ümumi yuxu keyfiyyətini pisləşdirə bilər.

Quru meyvələr

Quru meyvələr ümumilikdə faydalı məhsullar hesab olunur, lakin onlar tərkibində çoxlu şəkər və lif daşıyır.

Buna görə yatmazdan əvvəl quru meyvə yemək qarında köp, qaz yaranması və gecə narahatlığına səbəb ola bilər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 İyul 2026 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see290

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see272

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see268

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see236

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see223

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see220

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see220

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see220

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see218

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see217

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see207

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see207

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see200

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see194

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see185

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see184

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see181

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see178

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see174

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri