Icma.az
close
up
RU
Menu

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Naxçıvanın enerji sistemi yenidən qurulur

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

Zahid Orucdan önəmli təkliflər: “Pensiya, müavinət və yardım üçün dövlətin resursunu artırmadan…”

Zahid Orucdan önəmli təkliflər: “Pensiya, müavinət və yardım üçün dövlətin resursunu artırmadan…”

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi hökumət içərisində vətəndaşların kütləvi müraciət etdiyi və ən həssas sahəyə cavabdehlik daşıyan qurumlardan biridir. İctimai tələblərin miqyası isə iki Qarabağ münaqişəsinin nəticəsində digər sovet ölkələri ilə müqayisədə bir neçə dəfə çoxdur. Ona görə də dövlətin mürəkkəb dövrdə - 90-cı illər və ondan sonrakı işğal keçmişimizdə Nazirliyə rəhbərlik edən rəhmətlik Lidiya Rəsulovadan başlayaraq, daha sonra hakim partiya sədrinin müavini və digər şəxslər fərqli adlarla millətimizin tarixində qalıblar”.

Moderator.az bildirir ki, bunu insan haqları komitəsinin sədri Zahid Oruc Milli Məclisdəki müzakirələr zamanı söyləyib.

Millət vəkili daha sonra bildirib ki, Nazirliyinin imicini formalaşdırmaq üçün qeyri-populyar qərarlar verildikdə ictimai narazılığın artacağı şübhəsizdir: “Lakin əgər nazir Sahil Babayev rəsmən bəyan edib ki, əvvəlki illərdə yol verilən nöqsanlar, məsələn 200 mindən artıq şəxsin əlilliyi ləğv olunub, deməli əvvəlki illərdə bizim qəbul etdiyimiz qərarların yanlış olduğunu, yaxud keçmiş rəhbərlərin qanunsuz hərəkətlərini tanımış oluruq. Ona görə də hər birimizin prinsipial istəyi sosial siyasətin sabitliyidir, nazirlər dəyişdikcə struktur və institusional baxımından, o cümlədən dövlətin çoxmilyardlıq maliyyə tutumu və çoxşaxəli sosial siyasətinin varisliyidir.

Hər birimiz etiraf etməliyik ki, Nazirliyin ictimai müraciətlər qarşısında dayanmağı bacarması, maraq konfliktlərini çözmək üçün çevik həllər tapması, bir sözlə milli tələblərdən sınaqdan keçməsi və nəhayət, qəbul edilməsi mövcud siyasəti davam etdirməyi vacibləşdirir. Nazirliyin millətimizin sosial pasportunu - belə demək mümkündürsə, son 50 illik BIG DATA-nı yaratmağı bacarması, nəticə etibarilə dövlət siyasətində qərarqəbuletməyə böyük töhfəsi olan məlumat bazasını formalaşdırması istənilən həssas təbəqə üçün fərqli siyasət yürütməyə imkan verir. Təmsil etdiyimiz strukturun yaxından əməkdaşlıq edərkən sözügedən problemin dövlət qurumları üçün nə qədər ciddi olduğunu deyə bilərik. Məsələn, təkcə qeyri-formal məşğulluqda olan insanların - 600 mindən artıq şəxsin əmək müqavilələrinin bağlanması özlüyündə təkcə dövlətin büdcə gəlirlərini artırmağa imkan vermir, eləcə də şəffaf və düzgün pensiya, icbari sığorta siyasətinə töhfə olur”.

Z.Oruc deyib ki, ona görə də bizim birinci hədəfimiz iqtisadi dəyər yaratmanı artıran addımları gücləndirməkdir: “Pensiya, müavinət və yardım üçün dövlətin resursunu artırmadan müxtəlif həssas qruplar üzrə ödənişləri köklü artırmaq mümkün olmayacaq. Ona görə də bizim birinci vəzifəmiz kütləvi olaraq iş yerlərinin yaradılması və iqtisadi sərvətlərin böyüməsidir.

Layihədə göstərilir ki, orta aylıq əməkhaqqı 997,1 manat təşkil edib. Lakin hər bir ev təsərrüfatının illik gəlirlərini hesablamaq üçün əhalinin 20 və 10 faizlik qrupları üzrə məcmu gəlirlərin paylanması təqdim olunsaydı, gəlirlərin gerçək bölgüsünü, varlı və yoxsul qrupların çəkisini, ünvanlı dövlət siyasəti üçün mötəbər məlumat bazasını dəqiq görmək olardı.

Digər tərəfdən, Hökumət yüksək və orta gəlirli insanların sayının artdığını aparılan iqtisadi siyasətin uğurları kimi təqdim edər, cəmiyyətdə sosial barışı təmin edərdi. Məsələn, qonşu Gürcüstanda aylıq maaşı 25 min dollardan çox olan 1100 nəfər muzdlu işçi, 345 min nəfərin aylıq maaşının 450-900 dollar arasında olduğu haqqında məlumatlar açıq mənbələrdə göstərilir. Biz yoxsullarla yanaşı, yüksək gəlirli şəxslərin də dəqiq statistikasını təqdim etsək, aparılan iqtisadi siyasətin effektivliyini daha yaxşı görmək, müxtəlif tənzimləmələr aparmaq imkanı qazanardıq.

Mühüm məsələ, dediyimiz kimi, dövlətin Qayıdış siyasətinin mahiyyətini və hədəflərini vətəndaşlarımıza düzgün izah etməyi bacarmalıyıq. Sovet dövründə Qarabağda və indi azad olunan ərazilərdə 400 mindən artıq iş yerləri mövcud idi. İndi hədəf o torpaqlara 1 milyon insanın qayıtması, əhalinin coğrafiyamız üzrə mütənasib paylanmasıdır. Məsələn, adi bir fakt: nazir özü də çıxışlarında bəyan edib, hər il orta məktəbi bitirən gənclərin 60 min nəfəri əmək bazarına heç bir ixtisas almadan daxil olur. Dövlətin peşə məktəbləri onları qarşılaya bilmir. Məşğulluq Agentliyi Qarabağa qayıdacaq 130 min insanın 73 faizinin ixtisassız olduğunu bildirir.

Məzunlar və peşə məktəbləri arasındakı qeyri-mütənasibliyi aradan qaldırmalıyıq. Hər birimiz adi məişət problemini həll edərkən, yaxşı usta, dülgər, bənna, yaxud inşaat mühəndisi axtarırıq. Beləliklə, 100 minlərlə insanı işsiz kateqoriyasından çıxarmaq üçün onları müxtəlif peşə və ixtisaslara sahib etsək, nəticədə, yüksək gəlirləri olan vətəndaşlar öz gələcək sosial ödənişlərini özləri formalaşdıracaq”.

Komitə sədri daha sonra deyib: “Veteranlarla bağlı hər kəs təklif edir ki, müavinətlər kommunal tariflərə uyğunlaşdırılsın. Ödənişlər iki, üç dəfə də artırılsa, problemi sonadək çözmək mümkün olmayacaq. Əsas məsələlərdən biri veteranlara müxtəlif aktivlər və birdəfəlik köməkliklər göstərib onları aktiv bir şəkildə əmək bazarına qaytarmaqdır. O zaman müqəddəs müharibə iştirakçılarımız, hər birimizin borclu olduğumuz döyüşçülər, gənc yaşlarından başlayaraq, həm də mülki həyatda öz layiqli yerlərini tutacaqlar və öz gələcəklərini formalaşdıra biləcəklər. Dövlətin ali məramı əmək resurslarını artırmaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2024 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see136

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see128

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see118

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see114

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri