Zaxarova: Suriyanın dağılması bütün dünya ictimaiyyəti üçün ciddi nəticələrə səbəb olacaq
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Suriya dövlətinin süqutu təkcə Yaxın Şərq regionu üçün deyil, həm də bütün dünya ictimaiyyəti üçün ciddi nəticələrə səbəb olacaq, belə bir ssenariyə yol vermək olmaz".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Biz Suriyanın dağılmasının qonşu ölkələr və bütövlükdə Yaxın Şərq regionu üçün ciddi problem olacağından və onun hüdudlarından kənara çıxan uzunmüddətli nəticələrinə əsasən fikir yürüdürük. Buna yol vermək olmaz", - o bildirib.
Zaxarova, həmçinin Yaxın Şərq regionunun Qərb ölkələrinin maraq və ambisiyaların cəmləşdiyi məkana çevrildiyinə, bunun mənfi nəticələrini nə iləsə müqayisə etməyin belə çətin olduğuna diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 Dekabr 2024 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















