Icma.az
close
up
RU
Zəfər Günü milli qürur və şərəf tariximiz

Zəfər Günü milli qürur və şərəf tariximiz

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Zəfər Günü - milli qürur və şərəf tariximiz” adlı tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ağstafa şəhərində yerləşən “Şəhid” Memorial abidə kompleksini ziyarət ediblər, abidə kompleksinin önünə gül dəstələri düzüblər.

Tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.

Tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yeni Azərbaycan Partiyasının, müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev ilk öncə tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib və bildirib ki, dörd il öncə başlayan Vətən müharibəsində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi və yaxud həll etmək istəmədiyi Qarabağ münaqişəsini həll edərək düşməni öz sərhədlərinə qədər qovub ərazi bütövlüyünü bərpa etmişdir. Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa quruculuq işləri həyata keçirilir.

Tədbirdə çıxış edən digər natiqlər –“Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, partiya fəalı, həmçinin şəhid bacısı Nərgiz Şıxməmmədova və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev öz növbələrində qeyd ediblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Azərbaycan torpaqları düşmən işğalından azad olundu və bununla da xalqımızın əbədi olaraq doğma dədə-baba yurduna qayıdışı təmin edildi.

Sonra YAP sıralarına yeni qoşulmuş şəhid anasına üzvlük vəsiqəsi təqdim olunub.

Sonda isə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş film nümayiş etdirilib.

Tədbirin yekununda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri