Zəfər Günü münasibəti ilə “Sənə zəfər yaraşır” devizi altında Vətən müharibəsi qaziləri və veteranları ilə görüş keçirilib
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında Zəfər Günü münasibəti ilə “Sənə zəfər yaraşır” devizi altında Vətən müharibəsi qaziləri və veteranları ilə görüş keçirilib.
Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektoru və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə Vətən müharibəsi qaziləri və veteranları, Xocavənd rayonunun fəal gəncləri qatılıb.
Tədbirdə 44 günlük Vətən müharibəsində şücaət göstərmiş döyüşçüləri gənclər arasında tanıtmaq, dövlət tərəfindən Azərbaycan gəncliyinin tərəqqisi naminə həyata keçirilən məqsədyönlü işlər barədə gənclərin məlumatlılığını daha da artırmaq, döyüşlərdə şücaəti ilə seçilən qazi və veteranlara ehtiram göstərmək, onların keçdiyi şərəfli döyüş yolunu yeni nəslə nümunə göstərərək gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək barədə çıxışlar edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 07 Noyabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















