Icma.az
close
up
RU
Məni qara siyahıya atdılar, sakitləşdim

Məni qara siyahıya atdılar, sakitləşdim

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

"Bu yay mütləq yeni film olacaq. Mənim xoşuma gələn rejissorun xoşuna gəlmir, rejissorun bəyəndiyini mən qəbul etmirəm. Əsas ssenariyə baxıram, qonorar problem olmur. Pul mərhələsini keçdim, onsuz da qəbullandım ki, qonorar qane etmir. Pandemiyadan sonra yerli film istehsalı və alıcı qüvvəsi zəifləyib. Buna görə də istehsalçıları qınaya bilmirəm".

Bu sözləri Axşam.az-a açıqlamasında aktyor Elməddin Cəfərov deyib. O bildirib ki, uzun fasilədən sonra yenidən serial çəkmək qərarına gəlib:

"Bu dəfə Müşviq Şahverdiyevlə işbirliyi quracağıq. Seriala hazırlaşırıq, ATV-də yayımlanacaq. Hər şeyi açıqlaya bilmirəm. Çətindir, hamımızın istəkləri var. Arzuladığımız səviyyədə olsa, Azərbaycandan xaricə satılan ilk serial olacaq. Orta Asiya dövlətlərindən biri ilə danışıqlar aparılır. Mənim "Netflix"ə film verməyim çətindir. Büdcəsi ona uyğun deyil. Heç kim maliyyə ayırmır. Öz cibimizdən pul qoyuruq".

Elməddin artıq şirkətlərin televiziya verilişlərinə sponsorluq etmək istəmədiklərini söyləyib:

"Sosial şəbəkə bu sahəyə çox təsir etdi. Televizora baxan yoxdur, hamı verilişi və ya filmi, serialı sosial şəbəkədən izləyir. Bu da sponsorların efirdən getməsinə səbəb oldu. Onlara heç nə də deyə bilməzsən. Sosial şəbəkələr və platformalar bu gün bütün dünyada televiziyanı çox pis vurdu".

Aktyor bir müddət əvvəl dediyi "Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır" sözlərinə aydınlıq gətirib: 

"Məni "qara siyahı"ya atdılar, tam sakitləşdim. Dediyim, əvvəlki komanda haqqında idi. Yəni 25 il ərzindəki durumdan danışdım. Onlardan heç bir istəyim yoxdur, amma Bakıda olan bir tədbirə məni başqa ölkədən dəvət edirlərsə, bundan inciyirəm. Düzdür xarici şirkət tərəfindən hansısa tədbirə dəvət almaq xoşdur, amma niyə öz ölkəmdə məni görmürlər?

Onu deyim ki, nazirliyə aparılan filmlərin, layihələrin heç birinə pul ayrılmır. Bütün ətrafımda olanlar nazirliyə layihə verirlər. Keçir, "əladır" deyirlər, amma maddiyyat ayrılmır. "Əla" deyilir, bəs? Əgər maddiyyatı özüm xərcləyirəmsə, niyə nazirliyin adı yazılsın? Axı bu ora pul qoyan sponsora da haqsızlıqdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://axsam.az
archiveBu xəbər 04 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri