Icma.az
close
up
RU
ONLAR MƏRKƏZİ BANKDA YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİLİR Dosyelər + FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

ONLAR MƏRKƏZİ BANKDA YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİLİR Dosyelər + FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir. Toğrul Nəcəfli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif edilir.

Məsələ əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Burada qəbul edildikdən sonra Milli Məclisin plenar iclasında baxılacaq.

Qeyd edək ki, İdarə Heyəti Mərkəzi Bankın kollegial ali idarəetmə orqanıdır. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədri, Mərkəzi Bankda daimi əsaslarla işləyən altı üzv və iki kənar üzv daxil olmaqla doqquz üzvdən ibarətdir.

Konstitusiyaya görə, Azərbaycan Prezidenti İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir.

Hazırda İdarə Heyətinə Mərkəzi Bankın sədri Taleh Kazımov, onun birinci müavini Rəşad Orucov və müavini Əliyar Məmmədyarov daxildir. təklifə əsasən Rəşad Orucov vəzifəsindən azad ediləcək.

"AzPolitika" İdarə Heyətinə təklif olunan yeni üzvlərin dosyesini təqdim edir.

Toğrul Nəcəfli oğlu Əliyev - 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsini, 2023-cü ildə Böyük Britaniyanın Şeffild Universitetinin "Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsini bitirib. Toğrul Əliyev 2008-ci ildən Mərkəzi Bankda işləyir. 2020-ci ilin yanvar ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Hal-hazırda həmin vəzifədə çalışır.

Gülər Azər qızı Paşayeva - 1989-cu ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin "Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr dərəcəsini, 2012-ci ildə həmin universitetin "Kommersiya hüququ” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirib. 2021-ci ildə isə Böyük Britaniyanın İdarəetmə üzrə İxtisaslaşmış İnstitutunun (The Chartered Governance Institute) İdarəetmə peşəkarları üçün ixtisaslaşma proqramını bitirib. 2022-ci ilin iyun ayında Azərbaycan Respublikası Mərkəzi Bankında sədrin müşaviri vəzifəsinə təyin edilib. 2022-ci ilin iyul ayından Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışır.

Əli İsmayıl oğlu Əhmədov- 1982-ci ildə Naxçıvan şəhərində anadan olub. 2004-cü ildə Türkiyə Cumhuriyyətinin Qazi Universitetini "İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2006-cı ildə Odlar Yurdu və ABŞ-ın Corciya dövlət universitetinin birgə proqramı olan "Biznesin idarə olunması” ixtisası üzrə MBA proqramını magistr dərəcəsi ilə, 2014-cü ildə isə ABŞ Cons Hopkins Universitetini "Dövlət siyasəti” üzrə beynəlxalq magistr dərəcəsi ilə bitirib. 2020-ci ilin yanvar ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.

Vüsal Cahangir oğlu Xəlilov - 1987-cı ildə Şəki şəhərində anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini "İnformatika” ixtisası üzrə bakalavr, 2011-ci ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib. 2015-ci ildə ADA Universiteti və "Maastricth School of Management” birgə EMBA proqramına daxil olub. 2017-ci ildə həmin universitetləri Beynəlxalq Biznesin İdarəedilməsi ixtisası üzrə magistr dərəcəsilə bitirib. 2024-cü ilin may ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Hal-hazırda həmin vəzifədə çalışır.

***

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir.

Bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” məsələdə əksini tapıb.

Layihəyə əsasən, Toğrul Nəcəfli Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklİ111f edilir.

Eyni zamanda layihəyə əsasən, Rəşad Temraz oğlu Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see120

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri