10 saatı keçsə, 50 manat “Araz” marketin parkinq qiymətləri narazılıq yaratdı FOTO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xırdalan şəhərində yerləşən "Araz" marketin parkinq tarifləri müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Məlumata görə, ilk 45 dəqiqə parkinqdən istifadə ödənişsizdir. Lakin bu müddətdən sonra qiymətlər kəskin artır.
Belə ki, 45 dəqiqədən 3 saata qədər parkinq haqqı 3 manat, 3-5 saat üçün 5 manat, 5-10 saat üçün 10 manat, 10-24 saat üçün isə 50 manat müəyyən edilib. Bundan əlavə, aylıq parkinq abunəsi 100 manat təşkil edir.
Vətəndaşlar təyin olunan qiymətlərin yüksək olduğunu bildirirlər. Həmçinin aylıq abunə haqqının market ərazisi üçün uyğun olmadığını qeyd edirlər.
Mina Mikayılova
Milli.Az
Baxış sayı:59
Bu xəbər 21 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















