Icma.az
close
up
RU
12 günlük tətilin iqtisadiyyata hər hansı bir mənfi təsiri olacaqmı?

12 günlük tətilin iqtisadiyyata hər hansı bir mənfi təsiri olacaqmı?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nazirlər Kabinetinin qərarına əsasən bayram günlərinin ardıcıllığını təmin etmək üçün iş günlərinin vaxtı dəyişdirilib. Beləliklə, mart ayının sonunda 12 gün tətil günləri hesab ediləcək. Bu müddətdə iş yerlərində istehsal və xidmət prosesi necə tənzimlənəcək?

Ümumilikdə 12 günlük tətilin iqtisadiyyata hər hansı bir mənfi təsiri olacaqmı?

Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı-ekspert Emin Qəribli qeyd edib ki, bizdə uzun müddətli tətillərin olmasına artıq sahibkarlar adət edib. Buna görə də bəzi dövlət qurumları və özəl təşkilatlar da buna hazır olurlar:

"12 günlük tətil, dövlət müəssisələrinin bağlanması müəyyən məhdudiyyətlər yaradır. Lakin məsələnin digər tərəfi ondadır ki, insanlar tətil etdikləri zaman daha çox pul xərcləyirlər. Bölgələrə istirahətə gedərək xərclərini artırırlar. Beləliklə də tətilin iqtisadiyyatın inkişafına daha çox xeyir verdiyinin şahidi oluruq.

Tətil müddətində elə sahələr var ki, daha çox gəlir əldə edir. Turizmin inkişaf etdiyi bölgələrdə bunu görmək mümkündür. Uzun müddətli tətillərin iqtisadiyyata elə bir zərəri olduğunu düşünmürəm".

Mövzu ilə bağlı BiG.AZ-a fikirlərini açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli də bildirib ki, Azərbaycanda mikroiqtisadi göstəricilərdə dövlətin rolu danılmazdır. Sənayenin inkişaf etdiyi sahələrdə fasilələr olmadığından, növbəli iş rejimi həyata keçirildiyindən tətillərin iqtisadiyyata ciddi təsiri olmur. Əksinə, müsbət tərəfləri daha çox olur:

"Belə ki, tətil günlərində insanlar regionlara üz tutur. Burada fəaliyyət göstərən sektorlardan geniş istifadə edilir. Bizdə 10 gündən artıq tətil günlərinin olması daha çox dövlət müəssisələrinə aid edilir. Metrolar, nəqliyyat vasitələri və digər bu kimi sahələr öz fəaliyyətini davam etdirir. Buna görə də uzunmüddətli tətillərin Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsiri olmur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Fevral 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see122

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri