12 ildən sonra dəyişən qüvvələr nisbəti: Demçenkonun “Araz Naxçıvan” təsiri in İCMALI
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukraynalı mütəxəssis Andrey Demçenkonun “Araz-Naxçıvan” klubunun baş məşqçisi postuna təyin olunması Azərbaycan futbolunda son onillik üçün unikal vəziyyət yaradıb.
İdman.Biz xəbər verir ki, 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında ilk dəfə son 12 ildə xarici baş məşqçilərin sayı yerli mütəxəssislərin sayını üstələyib.
Demçenkonun gəlişindən sonra ölkənin elit divizionunda məşqçilərin nisbəti yeddi xarici və beş yerli mütəxəssis şəklində formalaşıb. Bu təyinata qədər liqada tarazlıq qorunurdu - altı yerli və altı xarici məşqçi. Məhz “Araz-Naxçıvan”da Elmar Baxşıyevin Andrey Demçenko ilə əvəzlənməsi tərəzinin gözünü əcnəbi mütəxəssislərin xeyrinə dəyişib.
Hazırda yerli məşqçilər “Qarabağ”a (Qurban Qurbanov), “Zirə”yə (Rəşad Sadıqov), “Şamaxı”ya (Ayxan Abbasov), “Kəpəz”ə (Azər Bağırov) və “Karvan-Yevlax”a (Füzuli Məmmədov) rəhbərlik edirlər.
Digər komandalar isə xarici mütəxəssislərə etibar olunub: litvalı Valdas Dambrauskas “Sabah”da, ukraynalı Yuri Vernidub “Neftçi”də, Türkmənistan və Rusiya vətəndaşı Kurban Berdıyev “Turan-Tovuz”da, serbiyalı Saşa İliç “Sumqayıt”da, ukraynalı Andrey Demçenko “Araz-Naxçıvan”da, portuqaliyalı Jorju Kaşkilia “İmişli”də, gürcü mütəxəssis Kaxaber Tsxadadze isə “Qəbələ”də çalışır.
Sonuncu dəfə Azərbaycan çempionatında xarici məşqçilər üstünlük təşkil edən mövsüm 2013/2014 olub. Həmin dövrdə liqa aktiv investisiya mərhələsindən keçirdi və klublarda Yuri Syomin, Con Toşak, Mustafa Denizli, Milinko Pantiç kimi beynəlxalq səviyyəli məşqçilər fəaliyyət göstərirdi. O mövsüm nisbət altı xarici və dörd yerli məşqçi idi.
2014-cü ildən sonra maliyyə çətinlikləri və “Bakı”, “Xəzər-Lənkəran”, “Simurq” kimi klubların fəaliyyətini dayandırması fonunda liqada uzunmüddətli yerli kadrların üstünlüyü dövrü başladı. Ayrı-ayrı mövsümlərdə xarici məşqçilərin sayı sıfıra, yaxud bir-iki nəfərə qədər azalırdı.
Hazırkı tendensiyanı 2025/2026 mövsümündə Misli Premyer Liqasının 12 komandaya qədər genişlənməsi, bəzi klubların artan ambisiyaları və digərlərinin mövcud vəziyyəti dəyişmək istəyi ilə izah etmək olar.
Teymur Tuşiyev
İdman.Biz
Baxış sayı:107
Bu xəbər 05 Yanvar 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















