Icma.az
close
up
RU
2024 ün sonunda güzəşt müddəti bitir Həyatın yaşam sığortasının artım tempində azalma müşahidə edilir

2024 ün sonunda güzəşt müddəti bitir Həyatın yaşam sığortasının artım tempində azalma müşahidə edilir

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin yarımilinə olan məlumatlara əsasən Azərbaycan sığorta bazarında 16 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərindən 5-i həyat, 11-i isə qeyrihəyat sığorta şirkətidir. Sığorta sektorunun fəaliyyəti həmçinin 22 sığorta brokeri və 488 sığorta agenti vasitəsilə təmin edilmişdir.

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2025-ci ilin 1-ci yarımil Maliyyə Sabitliyi Hesabatında bildirilir.

Qeyd edilib ki, sığorta sektoru artım potensialını reallaşdırmaqdadır. 2025-ci ilin ilk yarımilində toplanmış sığorta haqları ötən ilin ilk yarımilinə nisbətdə 12.7% (92 mln. manat) artaraq 817 mln. manata çatmışdır. Sığorta haqların 58%-i həyat sığorta siniflərindən, 42%-i isə qeyri-həyat sığorta siniflərindən formalaşmışdır. Həyat sığortası üzrə yığım 17.3 % (70 mln.manat) artaraq 475 mln. manat, qeyri-həyat sığortası üzrə isə 6.9% (22 mln.manat) artaraq 342 mln. manat təşkil etmişdir. Həm həyat sığortası, həmdə qeyri-həyat sığortası üzrə artımın əsas qüvvəsi könüllü sığorta sinifləri olmuşdur.

Həm icbari, həm də könüllü sığorta üzrə artım müşahidə edilir. 2025-ci ilin ilk yarımilində həm icbari, həm də könüllü sığorta haqları üzrə ötən ilin ilk yarımilinə nisbətdə artım müşahidə edilmişdir. İcbari sığorta sinifləri 6% (11 mln. manat) artaraq 195 mln. manat, (orta illik artım dinamikası 11%), həyat sığortası üzrə könüllü sığorta sinifləri 18% (64 mln. manat) artaraq 422 mln. manat, (orta illik artım dinamikası 22%), qeyri-həyat sığortası üzrə könüllü sığorta sinifləri 9% (17 mln. manat) artaraq 200 mln. manat (orta illik artım dinamikası 8%) təşkil etmişdir.
Həyat sığortası üzrə yığımlarda artımın əsas qüvvəsi həyatın yaşam sığortası sinfi olmuşdur. Həyatın yaşam sığortası sinfi üzrə yığılmış sığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 19% (63 mln. manat) artaraq 401 mln. manata çatmışdır. 2024-cü ilin 31 dekabr tarixindən həyatın yaşam sığortasında güzəşt müddətinin bitməsi səbəbi ilə dövlət sektorunda çalışan sığortalıların yeni sığorta müqaviləsi bağlamaması səbəbindən sığorta haqlarının artım tempində azalma müşahidə edilsədə, son göndərilən haqların intensivliyinin artması 2025-ci ilin birinci yarımilində həmin sinif üzrə sığorta haqların artmasını dəstəkləmişdir. Həyatın yaşam sığortası sinfi üzrə yığılmış sığorta haqları həyat sığortası üzrə yığımların 85%-i təşkil edir. Son 5 il ərzində həmin sığorta sinfinin həyat sığortası üzrə yığımlarda payı 73%-dən 85%-ə yüksəlmişdir.
Qeyri-həyat sığortası üzrə yığımlarda ən böyük pay tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası siniflərinə düşür. Tibbi sığorta sinfi üzrə yığılmış sığorta haqları qeyri-həyat sığortası üzrə yığımların 26%-i, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfi üzrə yığılmış sığorta haqları isə qeyri-həyat sığortası üzrə yığımların 25%-i təşkil edir. Qeyri-həyat sığortası üzrə yığımlarda artımın əsas qüvvəsi tibbi sığorta, əmlakın yanğından və digər risklərdən sığortası və avtonəqliyyat vasitələrinin sığortası sinifləri olmuşdur. Tibbi sığorta sinfi üzrə yığılmış sığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 9% (7 mln.manat) artaraq 88 mln.manat , əmlakın yanğından və digər risklərdən sığortası sinfi üzrə yığılmış sığorta haqları 23% (7 mln. manat) artaraq 39 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası sinfi üzrə isə 22% artaraq (6 mln. manat) 33 mln. manat olmuşdur.
Sığorta haqları üzrə təmərküzləşmədə nəzərə çarpacaq dəyişiklik müşahidə olunmur. HHİ indeksinə əsasən 2025-ci ilin birinci yarımilində həyat və qeyri-həyat sığorta sektorunda nəzərə çarpacaq dəyişiklik müşahidə edilməmişdir. Belə ki, indeks həyat sığortası üzrə 230 vahid azalaraq 6941, qeyri-həyat sığortası üzrə isə 8 vahid azalaraq 3220 təşkil etmişdir.
Təkrarsığortaya ötürülən müqavilələr üzrə hesablanmış təkrarsığorta haqlarının (TSH) sığorta haqlarında payı aşağı olaraq qalmaqdadır. 2025-ci ilin ilk yarımili ərzində təkrarsığortaya ötürülən təkrarsığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 1% (0.6 mln. manat) azalaraq 60 mln. manat olmuşdur. Ötürülən təkrarsığorta haqlarının sığorta haqlarında payı 7.4% təşkil etmişdir. Ötürülən təkrarsığorta haqlarının 6%-i (3.55 mln. manat) həyat sığorta sinifləri, 94%-i isə (57 mln. manat) qeyri-həyat sığorta siniflərinin payına düşür. Həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 0.7%-i, qeyrihəyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları isə qeyri-həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 16.6%-i təşkil etmişdir.
Təkrarsığortaya ötürülən risklər əsasən yüksək kredit reytinqli xarici təkrarsığortaçılarda mitiqasiya olunmuşdur. 2025-ci ilin ilk yarımili ərzində xarici təkrarsığortaçılara ötürülən təkrarsığorta haqları 35 mln.manat olmuşdur. 2023-cü ilin noyabr ayında qəbul edilmiş risklərin xarici təkrarsığortaçılarda sığortalanması qaydası təkrarsığorta haqlarının əsasən yüksək kredit reytinqli təkrarsığortaçılara ötürülməsinə təsir etmişdir. Belə ki, xarici təkrarsığortaçılara ötürülən təkrarsığorta haqlarının 59%-i (20.7 mln.manat) I qrup (“AA-“ kredit raytinqdən yüksək), 37%-i (13 mln.manat) II qrup (“A-“ dan “A+” dək), 3%-i (1.2 mln.manat) isə III və IV qrup (“BB-“ dan “BBB+” dək) xarici təkrarsığortaçılara ötürülmüşdür. Xarici ölkələrə ötürülmüş təkrarsığorta haqlarının 40%- i (14 mln.manat) Birləşmiş Krallığın, 20%-i (7 mln.manat) Almaniyanın, 8%-i (2.7 mln.manat) isə Fransanın payına düşmüşdür.
2025-cü ilin ilk yarısında sığorta ödənişlərinin həcmində artım müşahidə edilmişdir. 2025-ci ilin birinci yarımilinə verilmiş sığorta ödənişləri ötən ilin müvafiq dövrünə nisbətdə 25% (87 mln. manat) artaraq 432 mln. manata çatmışdır. Sığorta ödənişlərinin 70%-i həyat sığorta siniflərindən, 30%-i isə qeyri-həyat sığorta siniflərindən formalaşmışdır. Birinci yarımil ərzində həyat sığortası üzrə sığorta ödənişləri 29% artaraq 303 mln. manat, qeyri-həyat sığortası üzrə isə 16% artaraq 129 mln. manat təşkil etmişdir. Həyat sığortası üzrə artımın əsas qüvvəsi könüllü sığorta, qeyri-həyat sığortası üzrə artımının əsas qüvvəsi isə icbari sığorta sinifləri olmuşdur. 
Həyat sığortası üzrə sığorta ödənişlərində artımın əsas qüvvəsi həyatın yaşam sığortası sinfi olmuşdur. Həyatın yaşam sığortası sinfi üzrə sığorta ödənişləri ötən ilin müvafiq dövrünə nisbətdə 28.4% artaraq 298 mln. manata çatmışdır. Həmin sığorta sinfi üzrə sığorta ödənişləri həyat sığortası üzrə verilmiş sığorta ödənişlərinin 98.3%-i təşkil etmişdir.

Qeyri-həyat sığortası üzrə sığorta ödənişlərinin əsas qüvvəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və tibbi sığorta sinifləridir. Həm tibbi sığorta sinfi, həm də avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfi üzrə sığorta ödənişləri qeyri-həyat sığortası üzrə ödənişlərin 30%-dən yuxarıdır. Qeyri-həyat sığortası üzrə sığorta ödənişlərində artımın əsas qüvvəsi avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfi olmuşdur. Həmin sığorta sinfi üzrə verilmiş sığorta ödənişləri ötən ilin müvafiq dövrünə nisbətdə 29.9% artaraq 64 mln. manat təşkil etmişdir. Son 5 il ərzində avtonəqliyyat  sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfinin qeyri-həyat sığortası üzrə sığorta ödənişlərində payı 30%-dən 50%-ə yüksəlmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://marja.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri