Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

“2040 a Doğru: Azərbaycan Mədəniyyətinin Strateji Yol Xəritəsi” MƏQALƏ

“2040 a Doğru: Azərbaycan Mədəniyyətinin Strateji Yol Xəritəsi” MƏQALƏ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Müasir dünyada mədəniyyət artıq yalnız estetik və ya mənəvi sahə olmaqdan çıxaraq, dövlətlərin dayanıqlı inkişafının, sosial həmrəyliyinin və beynəlxalq nüfuzunun əsas strateji amillərindən birinə çevrilmişdir. Qloballaşma, rəqəmsallaşma və sürətli sosial transformasiyalar şəraitində mədəniyyət milli kimliyin qorunması, cəmiyyətin dəyərlər sisteminin möhkəmləndirilməsi və gələcək nəsillərin formalaşması baxımından həlledici rol oynayır.

Bu baxımdan Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası ölkənin mədəni siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Konsepsiya Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasına söykənərək milli-mənəvi dəyərlərin qorunmasını və müasir inkişaf çağırışları ilə uzlaşdırılmasını hədəfləyən strateji sənəddir. Xüsusilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni tarixi mərhələsində bu sənəd mədəniyyətin dövlət siyasətindəki yerini daha da möhkəmləndirir.

Konsepsiyanın əsas məqsədi və ideoloji mahiyyəti

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas məqsədi milli kimliyə söykənən, eyni zamanda qlobal mədəni proseslərə açıq olan müasir və dayanıqlı mədəniyyət modelinin formalaşdırılmasıdır. Sənəddə mədəniyyət yalnız qorunmalı irs kimi deyil, cəmiyyətin intellektual, sosial və yaradıcı potensialını formalaşdıran canlı və funksional sistem kimi təqdim olunur.

Konsepsiya mədəniyyəti insan kapitalının inkişafında, sosial rifahın yüksəldilməsində və innovativ düşüncənin təşviqində mühüm vasitə kimi müəyyən edir. Bu yanaşma mədəniyyəti təhsil, elm və iqtisadiyyatla qarşılıqlı əlaqədə olan strateji sahə kimi dəyərləndirir. Eyni zamanda sənəddə mədəniyyət həyat tərzinin ayrılmaz hissəsi kimi təqdim edilir və vətəndaşların mədəni proseslərdə iştirakının genişləndirilməsi əsas vəzifələrdən biri kimi müəyyən olunur.

Milli-mənəvi dəyərlər və müasirlik balansı

Konsepsiyanın mühüm üstünlüklərindən biri milli-mənəvi dəyərlərlə müasir inkişaf meyilləri arasında tarazlı və düşünülmüş yanaşmanın təmin edilməsidir. Qloballaşma prosesləri fonunda Azərbaycan dilinin inkişafı, tarixi yaddaşın qorunması, tolerantlıq və multikulturalizm ənənələrinin möhkəmləndirilməsi dövlət mədəniyyət siyasətinin əsas prioritetləri kimi müəyyən edilir.

Eyni zamanda, rəqəmsal transformasiya dövründə mədəniyyətin yeni təqdimat formalarının inkişaf etdirilməsi, mədəni irsin müasir texnologiyalar vasitəsilə qorunması və təbliği xüsusi əhəmiyyət kəsb edir. Konsepsiya mədəniyyətin yalnız keçmişin mirası deyil, həm də gələcək nəsillər üçün dəyər yaradan dinamik inkişaf sahəsi olduğunu ön plana çıxarır.

Görülən işlər və mövcud nailiyyətlərin dəyərləndirilməsi

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası son onilliklər ərzində mədəniyyət sahəsində əldə olunmuş mühüm nailiyyətlərin məntiqi davamı kimi çıxış edir. Mədəni irsin qorunması və bərpası, beynəlxalq səviyyədə tanıdılması, mədəni infrastrukturun yenilənməsi və yaradıcı mühitin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti öz bəhrəsini vermişdir.

UNESCO-nun dünya irsi və qeyri-maddi mədəni irs siyahılarına daxil edilmiş nümunələr, beynəlxalq mədəni tədbirlərin və festivalların keçirilməsi, eləcə də “Bakı Prosesi” kimi qlobal təşəbbüslər Azərbaycanın mədəniyyət sahəsində artan nüfuzunu nümayiş etdirir. Bu uğurlar Konsepsiyada sistemləşdirilərək gələcək mərhələdə daha səmərəli idarəetmə və uzunmüddətli planlaşdırma üçün möhkəm zəmin yaradır.

Planlar və prioritet istiqamətlər: Gələcəyə baxış

Konsepsiya 2040-cı ilə qədər mədəniyyət sahəsində ardıcıl və mərhələli inkişafı təmin etmək məqsədilə üçmərhələli icra mexanizmini nəzərdə tutur. Prioritet istiqamətlər sırasında mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi, davranış və bilgi mədəniyyətinin inkişafı, Azərbaycan dilinin normativ əsaslarının möhkəmləndirilməsi, ədəbiyyat və incəsənətin dəstəklənməsi, mədəni irsin müasir idarəetmə modelləri ilə qorunması mühüm yer tutur.

Konsepsiyanın praktik icrasının əsas mexanizmlərindən biri kimi altı dövlət proqramının qəbul edilməsi nəzərdə tutulur. Bu proqramlar mədəniyyət siyasətinin ayrı-ayrı istiqamətlər üzrə konkretləşdirilməsinə, strateji məqsədlərin ölçüləbilən və mərhələli şəkildə reallaşdırılmasına xidmət edəcək. Dövlət proqramları vasitəsilə mədəni irsin qorunması, dil siyasəti, yaradıcı sənayenin inkişafı, audiovizual sahə, mədəniyyət infrastrukturunun modernləşdirilməsi və insan kapitalının gücləndirilməsi istiqamətlərində sistemli və koordinasiyalı fəaliyyət təmin ediləcək. Bu yanaşma Konsepsiyanı real icra mexanizmlərinə malik, funksional strateji sənədə çevirir.

Regional inkişaf və mədəniyyətin inklüzivliyi

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəni inkişafın yalnız paytaxtla məhdudlaşmayan, bütün regionları əhatə edən balanslı və inklüziv model əsasında həyata keçirilməsini nəzərdə tutur. Regionların mədəni potensialının üzə çıxarılması, yerli yaradıcı mühitin stimullaşdırılması və mədəni irsin qorunması Konsepsiyanın əsas hədəflərindəndir. Bu yanaşma mədəniyyətin regionların sosial-iqtisadi inkişafında mühüm hərəkətverici qüvvəyə çevrilməsinə şərait yaradır.

Naxçıvan Muxtar Respublikasının mədəni və turizm irsi

kontekstində Konsepsiya

Konsepsiya çərçivəsində Naxçıvan Muxtar Respublikasının zəngin mədəni və turizm potensialının inkişafı xüsusi əhəmiyyət kəsb edir. Qədim tarixə və unikal mədəni irsə malik olan Naxçıvan Azərbaycan sivilizasiyasının mühüm mərkəzlərindən biri kimi tanınır. Möminə Xatun türbəsi, Əlincəqala, Ordubad şəhərinin tarixi mühiti, xalq sənətkarlığı ənənələri, eləcə də zəngin kulinariya irsi mədəniyyət və turizmin qarşılıqlı inteqrasiyası baxımından böyük imkanlara malikdir. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının regional inkişaf yanaşması Naxçıvanda mədəni irsin qorunması ilə yanaşı, Zəngəzur dəhlizinin açılması fonunda onun müasir təqdimat formaları vasitəsilə turizm dövriyyəsinə cəlb olunmasına, yerli iqtisadiyyatın canlanmasına və regionun mədəni cazibədarlığının artırılmasına xidmət edəcəkdir.

Nəticə: Strateji sənəddən milli inkişaf vizyonuna

Nəticə etibarilə, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası milli-mənəvi dəyərlərin qorunması ilə müasir inkişaf çağırışlarını uzlaşdıran fundamental strateji sənəddir. Bu Konsepsiya mədəniyyəti dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi təqdim etməklə Azərbaycanın sosial, iqtisadi və mənəvi inkişafına uzunmüddətli töhfə verməyi hədəfləyir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu konseptual yanaşma mədəniyyətin yalnız keçmişin mirası deyil, həm də gələcəyin qurucusu olduğunu bir daha təsdiqləyir. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası paytaxtdan regionlara, o cümlədən Naxçıvan Muxtar Respublikasına qədər bütün ölkəni əhatə edən, mədəniyyəti milli inkişafın strateji dayağına çevirən uzunmüddətli yol xəritəsidir.

Əşrəf Nəcəfov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Yanvar 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see258

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see236

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see197

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see154

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see139

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri