Icma.az
close
up
RU
26 Fevral qan yaddaşımızdan Dirçəliş zirvəsinə ŞƏRH

26 Fevral qan yaddaşımızdan Dirçəliş zirvəsinə ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

26 fevral… Bu tarix təkcə təqvimdə bir gün deyil, xalqımızın qan yaddaşıdır. 1992-ci ilin şaxtalı qış gecəsində Xocalı alova büründü. Körpələrin donmuş baxışları, anaların harayı, yarımçıq qalan arzular… O gecə insanlıq susdu, amma Azərbaycan xalqının qəlbində əbədi bir fəryad doğuldu.

Xocalı soyqırımı – bu sözün özü belə ürəyi titrədir. Günahsız insanların yalnız azərbaycanlı olduqları üçün qətlə yetirilməsi, ailələrin məhv edilməsi, əsir götürülənlərin taleyi – bütün bunlar tariximizin ən ağır səhifəsidir. Hər il 26 fevralda yanan şamlar təkcə xatirə deyil, həm də ədalətə çağırışdır. “Xocalıya ədalət!” səsi illər boyu dünyanın müxtəlif ölkələrində səsləndi, həqiqətlər bir-bir beynəlxalq tribunaya daşındı.

Zaman göstərdi ki, xalqın iradəsi sınmır. 2020-ci ildə əldə olunan Zəfər Azərbaycan tarixində yeni bir səhifə açdı. Bu Zəfər yalnız hərbi qələbə deyil, həm də Xocalıda şəhid olanların ruhuna verilmiş cavab idi. İşğaldan azad edilən torpaqlara həyat qayıtdı, dağıdılmış şəhərlər yenidən dirçəlməyə başladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalıya səfərləri isə bu dirçəlişin ən təsirli məqamlarından oldu. Bu səfərlər sadəcə rəsmi protokol deyil – tarixlə üz-üzə dayanmaqdır. Xüsusilə Xocalı şəhərinə edilən səfərlər həm siyasi, həm də mənəvi baxımdan son dərəcə böyük əhəmiyyət daşıyır. Xocalıda dalğalanan üçrəngli bayrağımız artıq təkcə kədərin deyil, əyilməzliyin və qələbənin rəmzidir.

Prezident İlham Əliyevin Xocalıya səfərləri, əslində, illərlə gözlənilən ədalətin təntənəsidir. Bu səfərlərdə bir mesaj var: Azərbaycan dövləti öz vətəndaşının qanını, öz torpağının taleyini heç zaman unutmadı və unutmayacaq.

Dövlət Başçımızın Xocalıda Azərbaycan bayrağını ucaltması, bərpa və quruculuq işlərinə start verməsi təkcə rəmzi deyil, strateji məna da daşıyır. Bu, təkcə dağıdılmış şəhərin yenidən qurulması deyil – bu, milli yaddaşın dirçəldilməsi, tarixi ədalətin bərpasıdır. Xocalıda infrastruktur layihələrinin icrası, yolların, sosial obyektlərin, yaşayış məntəqələrinin yenidən salınması göstərir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanır. Hər səfər zamanı verilən mesaj aydındır: Xocalı artıq faciənin simvolu olmaqla yanaşı, dirçəlişin ünvanına çevrilir. Gələcək nəsillər üçün güclü və təhlükəsiz bir həyatın təməli qoyulur. Bu səfərlər həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış siyasi mövqedir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və indi həmin torpaqlarda həyat qurur. Xocalıya dönüş yalnız fiziki qayıdış deyil – bu, ləyaqətin, iradənin və milli həmrəyliyin qayıdışıdır.

Bu gün Xocalıda dalğalanan üçrəngli bayraq bir xalqın sınmayan iradəsinin rəmzidir. Prezident İlham Əliyevin hər səfəri isə tarixə yazılan yeni bir səhifədir – artıq ağrı ilə deyil, qürur və quruculuq əzmi ilə yazılan səhifə. Biz qururuq, dirçəldirik, yaşadırıq.

26 fevral bizə ağrını xatırlatsa da, azad Xocalı bizə gücü və inamı xatırladır. Tarix sübut etdi ki, Azərbaycan xalqının iradəsi sarsılmazdır. Şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı artıq yalnız faciənin deyil, həm də Zəfərin, dirçəlişin və milli qürurun simvoludur.

Sevinc Xəlilova

YAP Samux rayon təşklatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Fevral 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri