29 il əvvəl 31 iyul 1997 ci il Azərbaycan idman tarixində yeni inkişaf mərhələsi başladı
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Belə ki, İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ölkədə Olimpiya hərəkatının inkişafına yeni impuls verdi. Bu, idmanın idarə olunmasında uzunmüddətli strategiyanın başlanğıcı idi. Beləliklə, qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun əhəmiyyətli dərəcədə artmasına şərait yaratdı.
1990-cı illərin ortalarında müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi və sosial sabitliyi təmin edilməsi əsas vəzifələrdən biri idi. Belə bir şəraitdə idmanın inkişafı yalnız yarışlarda iştirak etmək məqsədi daşımırdı. Bu sahə Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, sağlam gənc nəslin formalaşdırılması və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından strateji istiqamət kimi müəyyənləşdirildi.
Məhz bu yanaşmanın nəticəsi olaraq qısa müddətdə ölkədə müasir Olimpiya İdman Kompleksləri inşa edildi, federasiyaların fəaliyyəti gücləndirildi, idmançılar üçün hazırlıq sistemi təkmilləşdirildi və beynəlxalq yarışlara hazırlıq keyfiyyətcə yeni mərhələyə yüksəldi. Artıq 2000-ci illərin əvvəllərində Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq Olimpiya ailəsində nüfuz qazanan qurumlardan birinə çevrildi. Azərbaycan yalnız medal qazanan ölkə olmaqla yanaşı Olimpiya dəyərlərini uğurla təşviq edən dövlət kimi tanınmağa başladı.
Bu inkişaf sonrakı illərdə daha aydın şəkildə özünü göstərdi. Azərbaycan Olimpiya Oyunlarında qazandığı medalların sayını artırdı, dünya və Avropa çempionları yetişdirdi, eyni zamanda Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları kimi mötəbər yarışları yüksək səviyyədə təşkil etməklə beynəlxalq idman təşkilatlarının etimadını qazandı. Bu gün ölkəmiz idman sahəsində həm uğurlu iştirakçı, həm də peşəkar təşkilatçı kimi tanınır.
Prezident İlham Əliyev idmanın dövlət siyasətindəki yerini belə ifadə edib: “Biz güclü idman dövlətləri arasındayıq. Biz bütün dünyaya göstəririk ki, Azərbaycanda idman inkişaf edir, gözəl gənc nəsil yetişir və idman hər bir ölkənin ümumi inkişafının təzahürüdür”.
Bu fikir Azərbaycanın son otuz ilə yaxın müddətdə keçdiyi inkişaf yolunun mahiyyətini əks etdirir. İdman yarış meydanındakı nəticələrlə yanaşı ölkənin beynəlxalq nüfuzunun, sosial inkişafının və dövlət siyasətinin mühüm göstəricilərindən birinə çevrilib.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə Azərbaycan idmanına yeni status qazandırdı. Bu gün beynəlxalq arenalarda öz nailiyyətləri uğrunda mübarizə aparan idmançılarımız qalib xalqı, ərazi bütövlüyünü bərpa etmiş dövləti təmsil edirlər. Üçrəngli bayrağın qələbə münasibətilə yüksəlməsi və Dövlət Himninin səslənməsi həm idman uğuru, həm də Azərbaycanın güclənən dövlətçilik simvolu kimi qəbul edilir.
Prezident İlham Əliyevin “Biz qalib xalqıq, qalib dövlətik və bundan sonra əbədi yaşayacağıq” fikri bu gün idman müstəvisində də öz təsdiqini tapır. Çünki Azərbaycan idmançılarının çıxışlarında hiss olunan yüksək motivasiya, qələbə əzmi və milli qürur hissi məhz Zəfərdən sonra formalaşmış yeni reallıqların tərkib hissəsidir.
Dövlət başçımız da vurğulayıb ki, “uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərir ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik”.
Əlbəttə, qalib ölkənin idmançısı olmaq böyük məsuliyyətdir. Bu status beynəlxalq yarışlarda daha yüksək nəticələr əldə etməyi, ölkənin nüfuzunu layiqincə qorumağı və gənc nəslə nümunə olmağı tələb edir. Azərbaycan idmançıları son illərdə qazandıqları uğurlarla sübut edirlər ki, onlar bu missiyanı uğurla yerinə yetirirlər. Hər medal, hər qələbə Azərbaycanın güclü dövlət kimi beynəlxalq mövqeyinin möhkəmlənməsinə verilən töhfədir.
31 iyul 1997-ci ildə başlanan inkişaf yolu bu gün də uğurla davam edir. Azərbaycan Olimpiya hərəkatı artıq beynəlxalq idman ictimaiyyətinin ayrılmaz hissəsinə çevrilib. Ölkəmiz müasir infrastrukturu, peşəkar idmançıları və uğurlu təşkilatçılığı ilə dünya idmanında özünəməxsus yer tutur. Qarşıdakı illərdə də bu siyasətin davam etdirilməsi Azərbaycanın idman arenasında qalib ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək və yeni nəsil idmançıların yetişməsi üçün geniş imkanlar yaradacaq.
Könül Nurullayeva
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 31 İyul 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















