525 ci qəzet Azərbaycan hərbçiləri Ermənistandakı Aİ müşahidəçilərinin Zəngilanla sərhəddə hərəkətlərinə tam nəzarət edir
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan sərhədçiləri Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının sərhədboyu fəaliyyətinə nəzarət edir.
APA xəbər verir ki, avropalı müşahidəçilər fevralın 10-da Zəngilan rayonu ilə həmsərhəd ərazilərə gələrək, binoklla ətrafa baxış keçirib, o cümlədən Azərbaycan istiqamətində müşahidələr aparıblar.
Onların həm avtomobillərlə, həm də piyada hərəkətləri Azərbaycan sərhədçiləri tərəfindən nəzarət altında saxlanılıb və qeydə alınıb.
Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.
APA da Azərbaycanın bəzi rayonları ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərin fəaliyyəti barədə məlumat və görüntülər yayıb.
Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Fevral 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















