Təbrizdə həkim alim oğurlandı Aİ dən növbəti sanksiya FOTO
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təbriz Universitetinin Tibb Elmləri Universitetinin müəllimi, mama-ginekoloq doktor Şəmsi Abbasəlizadə son etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalıb, nəticədə beyin travması alıb. Bildirilir ki, o, daha sonra naməlum yerə aparılaraq saxlanılıb.
Xəbər azərbaycanlı hüquqşünas və insan haqları fəalı Qasım Bədi tərəfindən “X” sosial şəbəkəsində paylaşılıb. Qeyd olunur ki, doktor Abbasəlizadə daha əvvəl, 2022-ci il etirazları zamanı da saxlanılmış və Aylər Həqqinin öldürülməsinə etiraz aksiyalarında iştirak etdikdən sonra bütün tədris və müalicə fəaliyyətlərindən uzaqlaşdırılmışdı.
Məlumatlara əsasən, onun hazırkı saxlanma yeri və səhhət durumu barədə rəsmi açıqlama verilməyib, bu da ciddi narahatlıq doğurur.
***
Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları sərtləşdirir.
Avropa Komissiyasının sədri Ursula von der Leyen İran hakimiyyətinin etirazçılara qarşı repressiyalarına cavab olaraq, İrana pilotsuz uçuş aparatları və raket texnologiyalarının ixracına əlavə qadağalar təklif edib.
Von der Leyen bildirib ki, Aİ azadlıq uğrunda mübarizə aparan İran xalqının yanında dayanır. O, indiyədək insan haqları pozuntuları, nüvə fəaliyyəti və Rusiyaya dəstək səbəbilə İrana geniş sanksiyalar tətbiq olunduğunu xatırladıb.
Hazırda yeni sanksiyalar paketinin hazırlandığı açıqlanıb.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 21 Yanvar 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















