Icma.az
close
up
RU
525 ci qəzet Görülən işlər ölkə vətəndaşlarının rihafına xidmət edir

525 ci qəzet Görülən işlər ölkə vətəndaşlarının rihafına xidmət edir

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“Azərbaycan mühüm geostrateji məkanda yerləşir. Bu amil ölkəmizin dünya üçün önəmini artırır. Azərbaycanın belə bir önəmli coğrafiyada yerləşməsi, həm siyasi, həm də iqtisadi dividentlər qazandırır. Bu baxımdan, ölkəmizin tranzit potensialı dünyanın diqqətini cəlb edir. Yanvarın 28-də cənab Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu mövzu ilə əlaqədar fikirlərini geniş ifadə edib”. Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, cənab Prezident İlham Əliyev müşavirədə Azərbaycanın Şərqlə Qərb, Cənub və Şimal arasında ticarət əlaqələrində tranzit ölkə kimi böyük rol oynadığını diqqətə çatdırıb. Şərq-Qərb layihəsinin ən mühüm halqası isə Orta Dəhlizdir. Bu dəhlizi geosiyasi-iqtisadi əhəmiyyətinə görə, dəyər zənciri də adlandırmaq mümkündür. Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan, dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu da böyük əhəmiyyətə malikdir.

Azərbaycan bölgənin nəqliyyat landşaftını möhkəmləndirərək digər kommunikasiyaların da bu nəqliyyat qovşaqlarına bağlantısını təmin etmək istiqamətində qətiyyətlə çalışır. Bu baxımdan Orta Dəhlizin növbəti dayanacağının Zəngəzur xətti olacağına da şübhə yoxdur. Ermənistan regionun nəqliyyat ritmini pozmaq üçün müxtəlif cəfəng layihələri ortaya atmaqla bu dəhlizin perspektivinə zərbə vurmağa çalışır, “Sülh kəsişməsi” adlı reallıqdan uzaq layihə ilə vaxtı uzadır. İrəvan anlamır ki, bölgədə Azərbaycansız hansısa bir layihənin həyata keçməsi mümkün deyil.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan özünə aid hissədə bu dəhlizin komponentlərini reallaşdırır. Artıq Zəngilana qədər uzanan magistral və dəmir yolu xəttinin böyük hissəsi başa çatdırılıb. Bütövlükdə, bu gün azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Eyni zamanda, son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Bununla bərabər, dörd yeni hava limanı inşa edilib - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanının bu il Laçında istifadəyə verilməsi nəzərdə tutulur. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir.

“Müşavirədə aparılan müzakirələr və verilən məlumatlar göstərir ki, ölkəmizdə, o cümlədən paytaxt Bakıda yeni nəqliyyat layihələri həyata keçiriləcək. Bu layihələrin reallaşması nəqliyyat sahəsində vəziyyəti daha da təkmilləşdirəcək. Nəticə etibarilə, görülən işlər ölkə vətəndaşlarının rihafına xidmət edir”,-deyə Fatma Yıldırım vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Yanvar 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri