Icma.az
close
up
RU
525ci qəzet 2025ci il təlatümlü il olacaq Xa­qa­ni Cəfərli yazır

525ci qəzet 2025ci il təlatümlü il olacaq Xa­qa­ni Cəfərli yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Xaqani CƏFƏRLİ

Danimarkanın sərmayə bankı "Saxo Bank" 20 ildən artıqdır ki, hər ilin sonunda növbəti il üçün proqnozlar dərc edir. Siyasi təhlil mərkəzlərindən fərqli olaraq "Saxo Bank"ın məqsədi sərmayədarların diqqətini əsas tendensiyalara deyil, gözlənilməz hadisələrə cəlb etməkdir. Bankın proqnozlarına görə, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi deqloballaşmanı (antiqloballaşma) tendensiyadan prosesə çevirə bilər. Bu ehtimal Tramp administrasiyasının büdcə kəsirini azaltmaq üçün idxala böyük tariflər tətbiq edə biləcəyi ilə əsaslandırılır. Tramp administrasiyasının "Make America Great Again" ("Amerikanı yenidən möhtəşəm et") şüarı ilə həyata keçirəcəyi iqtisadi siyasətin dünyanı ABŞ dollarına alternativ tapmağa sövq edəcəyini proqnozlaşdıran "Saxo Bank"ın ehtimalına görə, qızılla dəstəklənən rəqəmsal valyutalar önə keçə bilər. Əgər Tramp kriptovalyutalara yumşaq qaydalar tətbiq edəcəyi ilə bağlı vədini həyata keçirsə, "Saxo Bank"ın rəqəmsal valyutalarla bağlı ehtimalları gözləniləndən daha əvvəl gerçəkləşə bilər. "Bitcoin"in son günlər sürətlə bahalaşması XXI əsrin rəqəmsal valyutalar əsri ilə bağlı ehtimalların əsasız olmadığını göstərir.

"Saxo Bank"ın proqnozlarından biri də neft ixracatçısı ölkələri birləşdirən OPEC-in əhəmiyyətini itirəcəyi ilə bağlıdır. Bank bu ehtimalını elektrikləşmə bumunun artacağı ilə izah edir. Bir sıra statistik məlumatlar da elektrikləşmə bumunun yaşandığını, bu tendensiyanın artacağını göstərir.

Məsələn, Çində yeni elektrikli avtomobillərin qeydiyyatı sentyabr ayı üzrə 8 milyonu keçib və onların ümumi satışdakı payı 45 faizdən çox olub. Digər ölkələr də Çinin yolu ilə getməyə çalışır. Son zamanlar elektrikli avtomobillərin akkumulyatorların istehsalının maya dəyəri aşağı düşür ki, bu, hətta subsidiyalar olmadan belə onların benzinlə işləyən analoqlarından daha ucuz başa gəlməsinə imkan verir. Hasil edilən neftin üçdə ikisinin mühərrik (motor) yanacağına çevrildiyini nəzərə alsaq, elektrikli avtomobillərin artması neftə tələbatı azaldacaq. Bu isə hasilatı nəzarətdə tutmağa çalışan OPEC daxilində münaqişələrin yaranmasına və əsas neft hasilatçısı ölkələrin karteli tərk etməsinə səbəb olacaq. OPEC-in çöküşündən sonra hasilatıçı ölkələr neft bazarın daha böyük hissəsini tutmaq üçün neft hasilatını artıracaqlar ki, bu da qiymətlərin düşməsinə yol açacaq.

"Saxo Bank"ın proqnozlarından biri də tələbatın artması nəticəsində elektrik enerjisinin qiymətinin bahalaşacağı ilə bağlıdır. Mövcud elektrik enerjisi texnologiya nəhənglərinin gələcək tələbatlarını təmin etmək imkanında deyil. Buna görə də texnologiya nəhəngləri elektrik enerjisi istehsalına külli miqdarda sərmayə qoymağa hazırlaşırlar. Bərpa olunan enerjiyə 20 milyard dollar sərmayə qoymağa hazırlaşan "Google" kiçik modul nüvə reaktorlarının tikintisi ilə bağlı bir neçə şirkətlə danışıqlar aparır. "Microsoft" şirkəti də bərpa olunan enerji istehsalına 5 milyard dollar sərmayə qoymaqla yanaşı, "Constellation Energy" şirkəti ilə "Three Mile Island"dakı nüvə reaktorlarından birinin yenidən işə salınması barədə razılığa gəlib. Bütün bunlara və hakimiyyət orqanlarının bərpa olunan enerji stansiyalarına investisiyaları artırmasına, stimullaşdırmasına baxmayaraq, tələb təklifi üstələyəcək ki, bu da elektrik enerjisinin bahalaşmasına səbəb olacaq. Elektrik enerjisinin bahalaşması isə inflyasiyanı tətikləyəcək.

"Saxo Bank"ın proqnozuna görə, Yaponiyanın 1990-cı illərdə yaşadığı böhrana bənzər balans böhranı ilə üzləşən Çin 50 trilyon yuan (7 trilyon dollar) maliyyə stimulunu işə salmaq üçün 2025-ci ildə cəsarətli qərar verəcək. Hazırda Çinin korporativ borcu Ümumi Daxili Məhsulun (ÜDM) 150 faizinə, bələdiyyələrin borcları isə ÜDM-in daha 80-90 faizinə bərabərdir. Bu problem Çin iqtisadiyyatının gələcəyi ilə bağlı bədbin proqnozları artırır. "Saxo Bank"ın proqnozuna görə, Çin bu problemi həll etmək üçün 50 trilyon yuan (7 trilyon dollar) ayıracaq. Əksər ekspertlər bunun yetərli olmayacağını, Çin iqtisadiyyatının Yaponiyanın deyil, Sovet İttifaqının iqtisadiyyatının taleyini yaşayacağını ehtimal edirlər.

"Saxo Bank"ın proqnozları arasında bəşəriyyəti gələcəyə ruhlandıracaq ehtimallar da var. Biotexnologiyada irəliləyiş orta ömür müddətinin artmasına imkan verəcək. Bankın proqnozuna görə, 3D çap texnologiyasında görünməmiş irəliləyişlər alimlərə ilk insan ürəyini çap etməyə imkan verəcək. Ürək və digər orqanların 3D texnologiyası ilə hazırlanması zədələnmiş orqanların orqanizm tərəfindən rədd edilməyən orqanlarla əvəzlənməsinə imkan verəcək ki, bu da insan ömrünün uzadılmasına yol açacaq. Startapların üstünlük təşkil etdiyi 3D çap sektoru sürətlə inkişaf ərəfəsindədir.

"Saxo Bank" dünya iqtisadiyyatının yönünü müəyyən etməyə çalışdığı kimi, rusiyalı iqtisadçılar da 2025-ci ildə Rusiya iqtisadiyyatını hansı risklərin gözlədiyini müəyyən etməyə çalışırlar. İqtisadiyyat üzrə elmlər doktoru İqor Lipsits hakimiyyətin qiymətləri tənzimləmək cəhdləri nəticəsində təkcə gəlirlərin azalacağını deyil, hətta əmtəə qıtlığının yaranacağını da proqnozlaşdırır. Çikaqo Universitetinin professoru Konstantin Sonin isə hesab edir ki, qiymətlər "Rosstat"ın göstərdiyindən iki dəfə sürətlə artmaqdadır. Kaliforniya San Dieqo Universitetinin professoru Branislav Slançev isə Rusiya iqtisadiyyatının hərbi xərcləri Putinin tələb etdiyi səviyyədə saxlaya bilməyəcəyini proqnozlaşdırır. Bütövlükdə isə əksər iqtisadçılar 2025-ci ildə ÜDM-in artım tempinin təxminən üç dəfə azalaraq 1,5%-ə düşəcəyini gözləyirlər. Bunun nəticəsində isə ölkə iqtisadiyyatının staqflyasiyaya girəcəyi ehtimal olunur.

İqtisadi problemlərlə yanaşı, siyasi risklər, mövcud münaqişələrin şiddətlənməsi, yenilərinin yaranma ehtimalının yüksək olması 2025-ci ilin təlatümlü il olacağını düşünməyə imkan verir. Suriyada hakimiyyət dəyişikliyi Yaxın Şərqdə münaqişəni yeni mərhələyə keçməsinin və daha geniş coğrafiyaya yayılmasının qarşısını almağa qadir deyil. Əksinə, Suriyada hakimiyyət dəyişikliyi Yaxın Şərqdə son 50 ildə formalaşmış qüvvələr nisbətini kəskin şəkildə dəyişib. Suriyada 61 illik rejimin devrilməsi bir sıra dairələrdə eyforiya yaratsa da, gerçəlik ondan ibarətdir ki, bu dəyişiklik yeni risklər doğurub. Yaxın Şərqdə və bütövlükdə müsəlman coğrafiyasında radikal islamçı cərəyanların, o cümlədən terrorçu qrupların fəallaşdığı müşahidə olunur.

Postsovet məkanında da sabitlik bir il öncəyə nisbətən daha kövrək xarakter alıb. Rusiya və İranda baş verən proseslərin təsiri ilə 2025-ci ildə postsovet məkanında yeni siyasi vəziyyət yarana bilər. Rusiya ilə Qərb bloku arasında nüfuz savaşı da postsovet məkanında gedən siyasi proseslərə ciddi təsir göstərcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Dekabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri