Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

525ci qəzet Azərbaycan il ərzində özünə qarşı olan bütün təzyiqləri neytrallaşdırdı Deputat

Icma.az, 525.az saytına istinadən bildirir.

“Azərbaycan heç kəsin qarşısında əyilmir, bu, ölkəmizin həm gücünün, həm artan nüfuzunun təzahürüdür”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Cari ildə ölkəmizin əldə etdiyi siyasi-diplomatik uğurlara toxunan deputat bildirib ki, Azərbaycana Avropa İttifaqı, Bayden administrasiyası tərəfindən təzyiqlər var idi, amma rəsmi Bakı bunların hamısını neytrallaşdırdı və öz mövqeyində qaldı ki, Ermənistanla danışıqlar ikitərəfli qaydada bizim tələblərimiz mütləq şəkildə nəzərə alınaraq aparılmalıdır.

“Biz görürük ki, Nikol Paşinyan ənənəvi yanaşma sərgiləyir, amma addımbaaddım Azərbaycanın tələblərin qəbul etməyə məcburdur. Məsələn, biz  sərhədə yaxın kəndlərin boşaldılmalı olduğunu, əks halda İrəvanın başının ağrıyacağını demişdik. Bu ilin mayında Qazax rayonunun 30 il işğal altında olan 4 kəndi Azərbaycana geri qaytarıldı və biz həmin hissədə dövlətimizin suverenliyini təmin etdik”.

R.Musabəyov Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı yaramaz mövqe tutduğunu söyləyib: “Buna görə də biz qapını çırpıb getdik, heç cəhd də etmirik ki, gedib onların hansısa bir istəklərini yerinə yetirib, nazları ilə oynayaq. Onların təzyiqləri söz təzyiqidir, media kampaniyasıdır, səbrimiz kifayət qədər möhkəmdir, amma lazım gələndə adekvat cavabların veririk. Həm parlament, həm Xarici İşlər Nazirliyi səviyyəsində, eyni zamanda cənab Prezident öz çıxışlarında onların lazımi cavabların verir. Azərbaycan heç kəsin qarşısında əyilmir, bu ölkəmizin həm gücünün, həm artan nüfuzunun bir təzahürüdür. Düşünürəm ki, belə də davam edəcək. Anlayırlar ki, əgər sən heç kəsin qarşısında əlini açıb dayanmamısansa, nə siyasi, nə hərbi, nə maliyyə dəstəyi istəmirsənsə, özünü kifayət qədər müstəqil aparmaq iqtidarındasan. Azərbaycan bunu edir”.

Ermənistanla sülh sazişinə toxunan deputat deyib ki, Azərbaycanı heç nə vadar etmir ki, kağızı imzalamaq naminə o sülh sazişini imzalasın: “Ermənistan 30 ilə yaxın torpağlarımızı işğalda saxladı, onda buna görə Qərbdə, Şimalda heç kim narahat olmurdu. Deyirdilər ki, danışıqlar aparın, sülhə gəlin, indi nə gərginlik var, nə itki var, nə yaralı var, nə də ki toqquşma. Danışıqlar gedir, bu il olmadı, olsun gələn il, gələn ilin əvvəli olmasın, ortası olsun, əsas odur ki, qane edən samballı sənəd imzalansın. Və sonra o sənədin icrası nəticəsində bölgədə sabitlik möhkəmlənsin. Əsas olan budur. Azərbaycan bu istiqamətdə öz addımların atır, bizi tələm-tələsik hansısa qərarlar verməyə heç nə məcbur etmir. İş davam edəcək, heç kimə buna görə həyacanlanmağı məsləhət görmürəm. Azərbaycan öz mövqeyini ortaya qoyur və o mövqeyi müdafiə etmək, irəli aparmaq iqtidarındadır. Bununla hamı hesablaşmağa məhkumdur”.

Deputat azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə diqqət çəkib, həmin işlərdə Azərbaycana yaxın olan dövlətlərin də iştirak etdiklərini söyləyib.

R.Musabəyov bu ilin önəmli hadisəsi kimi COP29-u vurğulayıb: “Azərbaycan dünyada bəlkə ən böyük tədbirlərdən birinə ev sahibliyi etdi. Baxmayaraq ki, vaxt az idi, tədbir çox yüksək səviyyədə keçirildi, Azərbaycan özünə qarşı aparılan bütün kampaniyaları neytrallaşdırdı, tədbiri uğurla keçirdi. Konfransın işində çox sayda insan iştirak etdi, sonda isə BƏƏ-də keçirilən COP28-dən fərqli olaraq Bakıda bir sıra mühüm sənədləri də qəbul etmək mümkün oldu, kompromislər əldə olundu. Bunlar hamısı Azərbaycanın beynəlxalq səviyyədə kifayət qədər gözəçarpan uğurlarıdır”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Dekabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri