525ci qəzet BANMin rektoru xaricdə təhsil alacaq tələbələrlə görüşüb
Icma.az, 525.az saytına istinadən bildirir.
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb.
BANM-dən 525.az-a bildirilib ki, 13 tələbə 2024/2025-ci tədris ilinin yaz semestrində (qrantlı və ya qrantsız əsaslarla) təhsillərini davam etdirmək imkanı qazanıb. Onlar İspaniyanın Alicante Universiteti və Qranada Universiteti, Portuqaliyanın Braqança Texniki Universiteti, Türkiyənin Sabancı Universiteti və Bahçeşehir Universiteti, eləcə də Bolqarıstanın Angel Kançev adına Ruse Universitetində təhsil alacaqlar.
Kompüter mühəndisliyi ixtisasının tələbələri üçün 1 qrantlı və 2 qrantsız, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri üçün 4 qrantlı və 1 öz hesabına, kimya mühəndisliyi ixtisasının tələbələri üçün 2 qrantlı, habelə MBA tələbələri üçün 2 qrantlı yer ayrılıb.
Rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin onların peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 02 Dekabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















