Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

525ci qəzet Böyük coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi bədbəxtliklər Telman Orucov yazır

525ci qəzet Böyük coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi bədbəxtliklər Telman Orucov yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Telman ORUCOV

(Əvvəli ötən çərşənbə sayımızda)

Kolumbdan sonrakı tədqiqatçılar isə yeni kəşf edilən torpaqların Hindistan olmaması qənaətinə gəlməklə, ilk dəfə onu tapmış səyyahın həmin iddiası ilə razılaşmamışdılar. Venetsiyadan olan Con Kabot İngiltərə kralı VII Henrinin göstərişi ilə XVI əsrin əvvəllərində Şimali Amerikanın Massaçusets körfəzində olmuş, lakin Hindistanda olduğu xəbərini verməmişdi. Kolumbdan əvvəl də avropalıların Şimali Amerikada olması barədə mülahizələr mövcuddur. Vikinq Layf Eriksonun Kolumbdan yarım min il əvvəl, X əsrdə orada olması barədə tədqiqat xarakterli məlumatlar da bütünlüklə inkar edilməmişdir. Buna şübhə etmək də çətindir, çünki vikinqlər həmin dövrün ən məharətli dənizçiləri kimi məşhurlaşmışdılar, hətta onların Afrikanın şimal hissəsində olması barədə ideyalar vardır. Mərakeşdən cənubdakı səhra zonasında, Mavritaniyada yaşayan tuareqlərin, onlar ağ sifətli və göygöz olmaları ilə seçilirlər, əcdadının guya vikinqlər olduğu güman edilir.

Florensiyalı Ameriqo Vespuççi də Kolumbun ilk səyahətlərindən sonra, həm də iki dəfə, 1504-cü ildə də Şimali Amerikada olmuşdu. Onun ölümündən sonra dərc edilən məktublarında, səyyah bu qitəni Kolumbdan fərqli olaraq "Yeni Dünya" adlandırmışdı.

1507-ci ildə alman kartoqrafı M.Valdzemüllerə, onun qitəni belə adlandırması məlum olduğundan, ilk mükəmməl xəritəni tərtib edəndə bu ərazini Ameriqo Vespuççinin şərəfinə "Amerika" adlandırmışdı. Sonralar bu ad təkrar olunmaqla, həyat vəsiqəsi qazanmış və hər iki qitə Amerikalar adını daşımışdır. 1776-cı ildə Şimali Amerikadakı 13 koloniya Böyük Britaniya ağalığından azad olmaq naminə, yaratdıqları yeni dövləti "Amerika Birləşmiş Ştatları" adlandırmışdılar. Kolumb fəxr edə bilərdi ki, onun kəşf etdiyi yeni qitə, onun adını daşıması da, XX əsrdə dünyanın ilk fövqəldövlətinin yerləşdiyi bir məkana çevrilmişdir.

Tarixin ən böyük şəxsiyyətlərindən biri kimi məşhurlaşan Xristofor Kolumb arzuladığı Hindistana gəlib çıxmasa da, öz ağlı, iradəsi və hünəri hesabına Şimali Amerika qitəsini kəşf etmişdi. Yeni sakinlər burada aberigen əhali olan hinduları, onları qırmızıdərillilər adandırırdılar, qırmağa başlamış, XIX əsrdə onların təqib edilməsi dalğası daha geniş miqyas almışdı. Cənubi və Mərkəzi Amerikada isə, orada yaşayan xalqların inkişafından xəbər verən sivilizasiyaları ilə yanaşı, yerli əhalinin də konkistadorlar tərəfindən, az qala, məhv edilməsinə şərait yaradılmışdı.

Hindistanın avropalılar tərəfindən kəşfi

Kolumbun ilk məşhur səfərindən hələ dörd il əvvəl, 1488-ci ildə portuqaliyalı Bartolomeo Diaş Afrikanın qərb sahilləri yaxınlığında üzərkən, onun ən cənub nöqtəsi olan Xoş Ümid Burnuna gəlib çıxmışdı. O, buranı dolanıb keçsə, Hind okeanına çıxa bilərdi və dəniz yolu onu Hindistana aparırdı. Lakin komandasının qiyam qaldırması təhlükəsindən qorxub, o, geri qayıtmalı oldu. Bu mühüm vəzifəni on il sonra, 1498-ci ildə onun həmvətəni Vasko da Qama həyata keçirdi. O, Xoş Ümid Burnundan hərlənib keçdikdən sonra Hind okeanına girdi. Hindistana gedən dəniz yoluna yaxşı bələd olan ərəb dənizçilərinin köməyi ilə Hindistana, bu ölkənin qərbindəki Kalikut limanına gəlib çıxdı, bura Malabarın yaxınlığında idi. Portəgizlilər həm də strateji təfəkkürə malik idilər, Qoada fort tikdilər. Portəgizlilərin həyat tərzi, yerli əhaliyə möhkəm təsir göstərdiyindən, onun elementləri Hindistanın bu hind dilində "İnək" adını daşıyan ştatında yaşamaqda, qalmaqda davam edir. Digər hindlilərdən fərqli olaraq qoalılar təkcə inək ətini yeməklə kifayətlənməyib, saxladıqları donuz ətini də öz mətbəxlərinə daxil etməkdən çəkinməmişlər.

Portuqaliyalılar Hindistana yol açmaqla kifayətlənməyib, orada özlərinə möhkəm dayaq nöqtəsi yaratdılar. Axı subkontinentin qərbindəki Malabarda, Avropada çox qiymətli ədviyyat hesab edilən bibər yetişdirilirdi. Qitə ölkələrində ədviyyata böyük tələbat olduğundan, fərasətli portəgizlilər bu əmtəənin ticarətini əllərinə keçirdilər. Sonralar onlar darçının və muskus qozunun bol olduğu Malakkaya gəlib çıxdılar və oradakı ərəb tacirlərini sıxışdırıb, ticarəti bütünlüklə öz fəaliyyət sahəsinə çevirdilər. Onlar burada Malakka şəhərini tutduqda, əhalinin bir hissəsini qırıb, digər hissəsini əsir götürdülər. Portuqaliyalılar çalışırdılar ki, özlərinin ticarət imperiyasını yaratsınlar və həm də buna, əsasən, nail olurdular. Onların tacirləri Avropanı fasiləsiz olaraq ədviyyatla təmin etməyə başladılar. Bu ticarət, ona investisiya qoyanlara da nəhəng gəlir gətirirdi.

Əlbəttə, dəniz səyahətləri və onların köməyi ilə əldə edilən böyük coğrafi kəşflər heç də yalın əllə əldə edilməmişdi, bunun üçün zəruri texniki inkişaf və texnologiya nümunələri tələb olunurdu. Orta əsrlərin sonunda avropalılar artıq bunlara yiyələnmişdilər. Bu dövrdə Avropada sənətkarlıq, manufaktura istehsalı da inkişaf etmişdi. Avropa daxili ticarətə də böyük diqqət verirdi. İngiltərə yun parça istehsalının genişləndirdiyindən bu mala olan və paltar ticarəti üzrə inhisara malik idi, müəyyən dərəcədə o dövrdə indiki Çinin rolunu oynayırdı.

Yeni torpaqlardakı rəhmsizcəsinə istismar burada da bir qədər fərqli olan öz xüsusiyyətlərinə malik idi. Yun parça istehsalı üçün xammala böyük ehtiyac yarandığından, İngiltərədə qoyunçuluq sürətlə inkişaf edirdi və bu ev heyvanlarına əlavə otlaq sahəsi tapmaq zərurəti yaranırdı. Ona görə də varlı torpaq sahibləri yoxsul kəndliləri öz yaşayış yerlərindən qovub, o sahəni otlağa çevirirdilər. Bu qəddar proses "çəpərləmə" adlanırdı.

XVI əsrdə yaşamış böyük filosof Tomas Mor obrazlı qaydada "qoyunların insanı yediyini" bildirirdi. Qoyunçuluğun inkişafı ona görə bu dinc heyvanı, az qala, yırtıcı vəhşiyə çevirmişdi. Tomas Mor onu da əlavə edirdi ki, yun istehsalı sahəsi o qədər böyük əhəmiyyət daşıyırdı ki, "qoyunun dırnağının toxunduğu qum dənəsi qızıla çevrilirdi".

Orta əsrlərdə yaşayanlar həm də ticarəti genişləndirdilər, bunun nəticəsində avropalılar hələ yaxşı tanımadıqları xalqlarla bir növ əməkdaşlığa girmişdilər. Bu heç də yenilik sayılmamalı idi. Qədim dövrlərdə də, hətta b.e.ə. X əsrdən başlayaraq finikiyalılar ticarət aparmaq üçün Aralıq dənizi ilə üzdükdə bir sıra xırda koloniyaları, həmçinin b.e.ə. 814-cü ildə Afrikanın şimalındakı Karfagen dövlətini yaratmışdılar. Karfagenlilər də öz müəllimlərindən aldıqları dərsə əməl edərək, inkişaf etmiş dənizçilik dövlətinə çevrilmişdi, onlar b.e.ə. VI əsrdə özləri də İspaniyaya keçib, orada şəhərlər salmışdılar, onlar Ebro çayının sahillərində böyük əraziyə sahib olmuşdular. Karfagen dəniz ticarətindən elə varlanmışdı ki, həmin dövrdə dünya dövləti olmağa can atırdı və bu sahədə Romanı öz rəqibi kimi görürdü. B.e.ə. III-II əsrlərdə bu iki dövlət arasında aparılan Puniya müharibələri qüvvətlənmiş Romanın qələbələri ilə nəticələnmişdi. B.e.ə. 146-cı ildə isə romalılar tutduqları Karfagen şəhərini məhv etmişdilər. Bu, Romaya o dövrdə vahid fövqəldövlət olmağa imkan vermişdi, artıq onunla rəqabət aparan heç bir dövlət yox idi.

Əvvəllər isə hələ Roma güclü olmayanda, yunanlar Apennin yarımadasının cənubunda və Qara dənizin şimalında şəhərlər salmışdılar, indiki Neapolun da əsasını onlar qoymuşdular. Krımdakı Feodosiya, Kerç qədim yunanlardan qalmış irsi yadigarlardır.

Avropalılar qitə xalqlarının qədim tarixindən çox şey öyrənmişdilər və ona görə də dənizlərlə səyahətə çıxmaqdan qorxmurdular. Çünki quru yollar şəbəkəsi mövcud olmadığından, adamlar dəniz sularında və çaylarda üzməyə üstünlük verirdilər. İlk dəfə qədim romalılar b.e.ə. III əsrdə Appi yolunu, sonra isə şimal sərhədinə gedən quru yolunu çəkdilər. Avropanın işğal edəndə imperiya yol şəbəkəsinin inkişafına da diqqət verməyə başladı. Müasir Avropanın yol şəbəkəsi vaxtilə qədim romalıların tikdikləri yollara əsaslanır.

Lakin okeanda üzmək dənizdə üzməkdən fərqli idi, orada dalğalar tufan nəticəsində daha hündürə qalxır, gəmilər üçün məhv olmaq təhlükəsi yaradırdı. Ona görə də okeandakı dənizçilik daha möhkəm gəmilərə və yaxşı naviqasiya vasitələrinə malik olmağı tələb edirdi. Əgər əvvəllər dənizçilər üzmək üçün istiqaməti müəyyən etməkdən ötəri Qütb ulduzunu müşahidə edirdilərsə, Çində icad olunmuş kompas bu sahədə onların köməyinə gəldi.

Okeanda üzmək üçün külək növlərini dəqiq bilmək də tələb olunurdu. Çünki küləyin sürəti böyük olduqda təhlükə yaratdığı kimi, onun olmaması yelkənin köməyi ilə hərəkət edən gəmilər üçün fəlakət idi. Yunan mifologiyasına görə, Mikena çarı Aqamemnon yunan ittifaqının Troyanı zəbt etmək üçün dənizdə üzməyə başlayanda, küləyin olmamasına görə, allahlara qızı İfigeniyanı öldürməklə qurban vermiş və onların mərhəməti ilə səfərlərinin uğuruna nail olmuşdu. Afrikanın Qvineya sahillərinə yaxın zonalarda küləyin olmaması, ştil bir neçə gün davam etdikdə, bu, qızmar günəşdən və susuzluqdan komanda heyətinin və nəticə etibarilə gəminin məhvi ilə nəticələnirdi. Ona görə də dənizçilər bu zonada üzməkdən qaçmağa çalışırdılar. Portuqaliya gəmi kapitanı Pedro Kabral bu təhlükəni nəzərə alaraq, oradan uzaqlaşdıqdan sonra, dəniz cərəyanına və küləyin qərbə tərəf əsməsinə düşdüyündən, 1500-cü ildə Cənubi Amerikadakı Braziliyanın şərq sahilinə gəlib çıxmışdı. O, bu torpağa qədəm basdıqdan sonra, onun Portuqaliyaya məxsus olduğunu elan etmişdi. Beləliklə, Kabral təsadüf nəticəsində Cənubi Amerika qitəsini kəşf edənə çevrilmişdi. Şimali Amerikanı kəşf edən Kolumbdan fərqli olaraq, onun elə bir məqsədi də olmamışdı.

Tordesiliya müqaviləsi adlanan, Roma papasının edikti Atlantik okeanının qərbində kəşf olunan yeni torpaqlar İspaniyaya, şərqindəkilər isə Portuqaliyaya məxsus olacağını bildirsə də, Cənubi Amerikadakı Braziliya Portuqaliyaya məxsus olaraq, qaldı. Yalnız 1822-ci ildə Braziliya Portuqaliyanın müstəmləkəçiliyindən azad olub, müstəqil dövlətə çevrildi. İndi də Braziliyanın dövlət dili portəgizlərin dilidir və yerli əhali də bu dildə danışır.

Okeanda üzən gəmilər uzaq məsafələri qət etməyə və ağır yük götürməyə qadir olmalı idilər. Həm də onların göyərtəsində ağır toplar yerləşdirilməli idi, çünki yerli əhali ilə vuruşmaq da lazım gəlirdi. Heç bir xalq öz ərazisini yadelliyə hədiyyə vermək istəmirdi.

Portəgizlilər və ispanlar təkcə beynəlxalq ticarətlə kifayətlənməyib, tutduqları, daha doğrusu, işğal etdikləri torpaqları, adətən, öz müstəmləkələrinə çevirirdilər və bu, yerli xalqlar üçün qara günlərin başlanmasından xəbər verirdi.

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri