Icma.az
close
up
RU
ABŞ İran danışıqları dalanda: İslamabad masası dağılır? RƏY

ABŞ İran danışıqları dalanda: İslamabad masası dağılır? RƏY

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bir neçə gün əvvəl bildirib ki, ABŞ-lə İran arasında münaqişənin sona çatması üçün diplomatik təşəbbüslər aktiv şəkildə davam edir. O, İslamabadda aparılan məsləhətləşmələrin sülh yolu ilə nəticə verəcəyinə ümid etdiyini söyləyib. Dar həmçinin prosesin bir neçə ölkə tərəfindən dəstəkləndiyini və diplomatik kanalların açıq qaldığını vurğulayıb".

Bunu Sherg.az-a politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, ABŞ-lə İran arasında danışıqlarda irəliləyiş yoxdur:

"Əksinə, ABŞ və İran bir-birlərinə göndərdikləri təklifləri rədd edirlər. İslamabad tərəfləri görüşdürməyə və heç olmazsa ikisi arasında yazışmaların davamına çalışsa da, ortada real nəticə yoxdur. Vaşinqton və Tehran Pakistanın vasitəçilik təşəbbüslərinə “yox” demirlər, ancaq tərəflər arasında İslamabadda birinci görüşdən sonra ikinci görüş baş tutmayıb. Pakistanın vasitəçiliyi Çinin işinə yarayır. İkisi arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Pekin İslamabadın vasitəçiliyinin müsbət nəticə verəcəyinə ümidlidir. ABŞ Prezidenti Donald Trampın Pekində Çin lideri Si Cinpinlə görüşündə bir daha aydın oldu ki, Çin qısa müddətdə “Hörmüz boğazı” probleminin həllini istəyir. Vaşinqton da boğazda tankerlərin azad hərəkətinin bərpasında maraqlıdır. Ancaq bunun üçün Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunması vacibdir. Bu isə hələ ki, mümkün deyil. Pekin isə “Hörmüz boğazı”nın açılması məqsədilə Tehrana təzyiq etmək fikrindən uzaqdır. Bu baxımdan Donald Tramp Si Cinpinlə görüşün nəticələrindən son dərəcə məmnun qaldığını söyləsə də, tərəflərin İran məsələsində mövqeləri fərqlidir". 

Analitikin sözlərinə görə, Donald Trampdan fərqli olaraq Konqresdə Pakistanın vasitəçiliyindən narazılıq edənlər var:

" ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem Pakistanın vasitəçi roluna şübhə ilə yanaşdığını bildirib. Senator Pakistanın İrana yaxın davranmaqda ittiham edib. Qrem bildirib ki, əgər İranın hərbi obyektlərini qorumaq üçün İran təyyarələri həqiqətən Pakistan bazalarında yerləşdirilibsə, o zaman Vaşinqton başqa vasitəçi axtarmalıdır. “Pakistana mümkün olan qədər etibar etmirəm. Belədirsə, başqa vasitəçi tapmalıyıq. Təəccüblü deyil ki, bu təşəbbüs nəticə vermədi”, – deyə senator vurğulayıb. Belə bir məlumat da yayılıb ki, İran tərəfinin Pakistana ötürdüyü tələblər ABŞ-yə yumşaldılaraq göndərilib. Bu isə bir müddət əvvəl Vaşinqtonda belə bir görüntü yaradıb ki, Tehran Ağ Evin tələblərini qəbul etməyə hazırdır, gerçəkdə isə İrandakı rejim tələblərindən vaz keçməyib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri