ABŞ Ukraynaya hərbi yardım üçün ilin sonuna qədər 1,22 milyard dollar xərcləyəcək Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 2024-cü ilin sonuna qədər Ukraynaya hərbi yardım üçün 1,22 milyard dollar xərcləməyi planlaşdırır.
Bu barədə "Defense One” nəşri adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
"Administrasiya Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü (bu, Ukrayna Silahlı Qüvvələri üçün açıq bazarda yeni silah-sursat almağa imkan verir) çərçivəsində qalan 1,22 milyard dolları ilin sonuna qədər istifadə etməyi planlaşdırır", - nəşr bildirib.
Anonim rəsminin sözlərinə görə, Pentaqonun bu təşəbbüs çərçivəsində Ukraynaya verə biləcəyi 5,6 milyard dollar dəyərində silah və texnika var. Lakin bu vəsaitin bir hissəsinin verilməsi məsələsinə artıq ABŞ Prezidentinin yeni administrasiyası baxacaq.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 18 Dekabr 2024 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















