Icma.az
close
up
RU
ADA forumu: anti Azərbaycan siyasətin ifşası, reallığın təbliği FOTOLAR

ADA forumu: anti Azərbaycan siyasətin ifşası, reallığın təbliği FOTOLAR

Icma.az, Sia Az saytına istinadən bildirir.

Prezident İlham Əliyevin Bakıda "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı dünyada geniş rezonans doğurub. SİA xəbər verir ki, 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin ADA Universitetində qatıldığı beynəlxalq forumda Prezident İlham Əliyevin söylədiyi fikirlər növbəti dəfə çoxşaxəliliyi ilə seçilib.

Dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Bakının atdığı addımlar, irəli sürülən təkliflər, region ölkələri ilə münasibətlər və qlobal məsələlərdən tutmuş dünyada baş verən proseslərə qədər suallara üç saat ərzində çox böyük diplomatik məharət nümayiş etdirərək cavab verib.

Əvvəlki forumlar da göstərib ki, Prezidentin iştirakı ilə keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayır. Təsadüfi deyil ki, nüfuzlu dünya mediasında dərc olunan xəbərlərdə də Prezidentin dünənki fikirlər baş xəbər kimi verilib.

Ölkə Prezidentinin forumda toxunduğu çoxsaylı məsələlər sırasında "Human Rights Watch”, “Amnesty International” kimi qurumların anti-Azərbaycan mövqeyi və qərəzi, USAID-in korrupsiya yuvasına çevrilməsi və s. olub. Bu da təsadüfi deyil. Məhz bu kimi qurumlar uzun illər dünya ölkələrində, o cümlədən Azərbaycanda qərəzli mövqeləri ilə seçiliblər.

Bəllidir ki, Azərbaycan bu təşkilatlarla bağlı dəfələrlə iradlarını sərt formada çatdırıb, onların qərəzli və ikili standartlardan çıxış etdiklərini vurğulayıb. Məhz Azərbaycanın illər ərzində bəyan etdiyi faktları ABŞ və dünya hələ indi qəbul etməyə başlayıb. USAID-lə bağlı yaşananlar buna bariz nümunədir. Müstəqil siyasət yürüdən ölkələrdə qarşıdurma və xaos yaratmaqla məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID indi çətin günlərini yaşayır. Başqa sözlə, ABŞ Prezidenti Donald Tramp administrasiyası təşkilata əsl kabus yaşadır.

İlham Əliyev sözügedən forumda növbəti dəfə təşkilatın əsl mahiyyətini açıqlayıb. Bu təşkilatın Azərbaycana qarşı qərəzli və böhtan kampaniyası aparmasında Bayden-Blinken komandasının mühüm rolu olduğunu xüsusi vurğulayıb. Və bu “demokrat” komanda hakimiyyətdən gedən kimi Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı.

“Onların “Washington Post”, “New York Times”, “Politico” və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın “feyk xəbərlər” adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdı. Biz bilirdik ki, bu məqalələrin mənbəyi Dövlət Departamentidir. USAID-lə də bağlı vəziyyət eyni idi”, - Prezident vurğulayıb.

Və ardınca Prezident forum iştirakçılarına Azərbaycanın bu kimi qurumlara qarşı atdığı sərt qərarlardan danışıb. Dövlət başçısı bəyan edib ki, Azərbaycanın Baş Prokurorluğu USAID-in qanunsuz fəaliyyətini araşdırır.

“Mənə ilkin araşdırma ilə bağlı artıq məlumat verilmişdir. Bu, anti-Azərbaycan fəaliyyətin miqyasını, hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səylərini nümayiş etdirir. Sənədlər hazır olan kimi biz onu Prezident Tramp administrasiyasına təqdim edəcəyik ki, onlar bu korrupsiyaya uğramış USAID və onun korrupsiyalaşmış rəhbərləri barəsində ciddi tədbirlər görə bilsin”, - Prezident vurğulayıb.

Hələ 2024-cü ildə Azərbaycan 2000-ci ildən qüvvədə olan USAID müqaviləsini uzatmamağa qərar verdi. Bu, agentliyin fəaliyyətinin dövlətin maraqlarına uyğun olmaması ilə bağlıdır. 2025-ci ilin əvvəlində Bakı ABŞ rəhbərliyinə USAID-in ölkə ərazisində fəaliyyətinin tam dayandırılması barədə məlumat verdi.

Məlumat üçün bildirək ki, ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri, “Tesla”, “SpaceX” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask USAID-ə qarşı ağır ittihamlar səsləndirib, bu təşkilatı hətta bioloji silah istehsalının maliyyələşdirilməsində ittiham edib. Maskın “X” hesabında bu mövzuda bir neçə paylaşım var və onu "cinayətkar təşkilat" adlandırır. USAID-in əməllərinin elə yarandığı ölkədən faş edilməsi Azərbaycanın da böyük uğurudur.

Bu təşkilat Azərbaycanla bağlı qərəzi ilə seçilib, dəfələrlə ölkəmizə qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları” ilə seçilib. Bu faktlar belə bir təşkilatın fəaliyyətinə və yardımlarına ehtiyacın olmadığını təsdiqləyir.

Bəlli olur ki, ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken Administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir.

Prezident ADA Universitetində keçirilən forumun iştirakçılarına bildirib ki, qeyd olunan məsələ ilə bağlı saatlarla danışa bilər:

“Beləliklə, bu tarixdir və mən bu tarix barədə bəlkə də saatlarla danışa bilərəm, lakin indi ən mühüm olan odur ki, bəli, biz gözlədiyimizi artıq əldə etmişik ya yox? Mən deyərdim, bəli. Çünki, birincisi, ABŞ siyasətində anti-Azərbaycan trendi dayandırıldı və bu, artıq müsbət məqamdır”.

Dövlət başçısı qeyd edib ki, Trampın başladığı iş çox ümidvericidir: "Lakin hesab edirəm ki, o, dayanmamalıdır. USAID, əlbəttə ki, bir nəhəngdir, tamamilə korrupsiyaya uğramış bir qurumdur. Bu haqda danışmışam. Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik”.

USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirmək olub. Necə deyərlər, bu sırada ən öndə gedənlərdən biri olub. Prezidentin forumda uzun illər yuxarıda adları çəkilən təşkilatların Azərbaycanda və bütövlükdə postsovet məkanında seçki proseslərinə müdaxiləsi ilə bağlıdır.

“Qərbin qeyri-hökumət təşkilatları, Prezident Trampın saxta xəbərlər mənbəyi adlandırdığı “Vaşinqton Post”, “New York Times” kimi nəşrləri, təbii ki, Fransanın hökumətyönlü “Figaro” və “Le Monde” kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur, müxalifət mələkdir, hakimiyyət isə şeytandır”, - Prezident bəyan edib.

Azərbaycan uzun illər dövlətlərin daxili işlərinə qarışmamaq, müstəqil siyasət yeritməsi ilə seçilib. Torpaqları işğal altında olanda da səbirlə beynəlxalq hüquq çərçivəsində məsələnin həllinə çalışıb. Təəssüf ki, adıçəkilən təşkilatlar da bu problemlərin həllində Azərbaycana yardımçı olmaq əvəzinə, işğalçı Ermənistanın, erməni lobbisinin maraqlarını ifadə ediblər.

Yekun olaraq qeyd edək ki, Prezident İlham Əliyev dünənki forumda səsləndirdiyi dahiyanə fikirlərlə bir daha dünyanın diqqətini ölkəmizə yönəltdi. Şübhəsiz ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, irəli sürdüyü təşəbbüsləri və strateji addımları nəticəsində ölkəmizin beynəlxalq arenada mövqeyi daha da güclənməkdə davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see169

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see124

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see120

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see120

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see120

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see119

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see118

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri