Icma.az
close
up
RU
Adı dillərdən düşməyən Vətənin qəhrəman oğlu

Adı dillərdən düşməyən Vətənin qəhrəman oğlu

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Zəfər şəhidi Sadiq Nəcəflinin 26 yaşı tamam oldu
30 il düşmən tapdağına dönən əzəli yurd yerimiz- Qarabağı 44 günə öz qanı bahasına azad edən Vətənin mərd, qeyrətli övladları cismən aramızdan getsələr də, mənən milyonların ürəyində yaşamaqla zaman-zaman xatirələrdən silinməz. 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Cürəli kəndində dünyaya göz açan Sadiq Nüsrət oğlu Nəcəfliyə də məhz belə bir ucalıq nəsib olub. Onun qısa, amma olduqca şərəfli həyat yolu indi qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna dönərək dillərdən düşmür. Həmçinin ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları onun müqəddəs şəhid adına daha bir qürur qatır...
Doğma Vətəninə ürəkdən bağlanan, onun hər qarışını özünə əziz bilən Sadiqin ürəyi hələ orta məktəbdə oxuduğu zaman yağıdan qisas almaq istəyi ilə döyünüb. Odur ki, işğal altında olan torpaqların azadlığı naminə döyüş meydanında düşmənə qalib gəlmək üçün orta təhsildən sonra, yəni 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Burada hərbin sirlərinə mükəmməl yiyələnmək bacarığı, ən çətin təlimlərə ürəklə qatılması, eləcə ağıllı hərəkətləri, mərdliyi, cəsurluğu, sanbalı davranışı ona böyük məhəbbət qazandırıb. Bir qayda olaraq qəlbində günü-gündən azğınlaşan erməni quldurlardan intiqam, qisas almaq alovu get-gedə güclənib. İstəyini həyata keçirtmək üçün məqam gözləyən kursant Sadiq Nəcəfli öyrəndiyi böyük zabitlərin qarşısında Vətən torpaqlarının azadlığı uğrunda son damla qanına qədər vuruşacağına and içib.
Sadiq ali hərbi məktəbini yüksək səviyyədə bitirib kiçik leytenant rütbəsini alıb. Bu vaxt- 2020-ci ilin 27 sentyabrda dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Ermənistanın sərhəd boyu törətdiyi ardıcıl təxribatlara cavab olaraq əks-hücum əmrini eşidəndə müharibə ölüm-itim olsa da, sevincdən ürəyi köksünə sığmayıb. Axı uzun illər arzusunda olduğu yağıdan alacağı öcün vaxtı çatmışdı...
Vətən müharibəsi zamanı ilk gündən Biləsuvarın igid oğlu Sadiq Nəcəflinin qələbə sorağı ən ağır döyüş əməliyyatlardan gəlib. Verilən tapşırıqları bacarıqla yerinə yetirib, neçə-neçə kəndin, qəsəbənin azad olmasında mənfur erməni dığalarına qarşı qəhrəmancasına vuruşub. Ulu torpağın bağrına hər dəfə zəfər bayrağı sancılanda gözlərinin önünə Şuşa gəlib. Torpaq sevgisinin hərarətindən güc alan Sadiq ölümün gözünə dik baxa-baxa Şuşa uğrunda ağır ölüm-dirim savaşına girib. Düşmənə sarsıdıcı zərbələr endirib. Elə zəfər günü- noyabrın 8-də qəfil atılan gülləyə tuş gəlib. Özü şəhid olsa da, qan tökdüyü, canını qurban verdiyi Şuşada düşmən tam məğlub olub. Sadiq isə öz xalqına qazandıran qələbə ilə əbədi yaşamaq üçün əlçatmaz və ünyetməz göylərə ucalıb.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyun 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri