AFFA örtüyü yeniləmək üçün Tovuz klubuna maliyyə ayırmayacaq EKSKLÜZİV
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Növbəti illərdə futbolun inkişafı istiqamətində müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bura digər sahələrlə yanaşı, infrastruktur layihələri də daxildir". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli deyib.
Assosiasiya rəsmisi onu da əlavə edib ki, qarşıdan gələn ildə Tovuz şəhər stadionunun süni örtüyünün təbii qazona dəyişdirilməsi üçün qurumun büdcəsindən vəsait ayrılması nəzərdə tutulmayıb: "AFFA-nın 2025-ci il üçün büdcə layihəsi çərçivəsində görüləcək işlərlə bağlı müzakirələr demək olar ki, yekunlaşıb. Qarşıdakı ilin büdcəsində sözügedən məsələ ilə bağlı maliyyə ayrılması nəzərdə tutulmayıb".
Qeyd edək ki, bir neçə gün öncə "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev mətbuata açıqlamasında Tovuz stadionunun örtüyünü dəyişmək istədiklərini bildirib. Onu da əlavə edib ki, xərclərin 50 faizini AFFA-nın qarşılaması üçün quruma müraciət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 25 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















