Icma.az
close
up
RU
Aİ liderləri Moldovanı “Rusiyadan uzaq durmağa” çağırıb

Aİ liderləri Moldovanı “Rusiyadan uzaq durmağa” çağırıb

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir neçə həftədən sonra ölkədə parlament seçkiləri keçiriləcək.

Kişinyovda Avropa İttifaqının (Aİ) üç aparıcı lideri - Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk Moldovanın Müstəqillik Günü şərəfinə Moldova Prezidenti Maia Sandu ilə görüşüblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə DW yazır.

Sandu ölkə üçün "Avropadan başqa alternativ olmadığını" vurğulayaraq, Rusiyanın Ukraynaya qarşı hər gün apardığı müharibənin Avropada sülh və azadlıq ilə Kremlin apardığı "müharibə və ölüm" arasındakı fərqi nümayiş etdirdiyini qeyd edib.

Lakin Avropa İttifaqı liderlərinin səfəri gərgin seçki kampaniyası şəraitində keçirilir.

Cəmi bir neçə həftədən sonra qüvvələr balansını dəyişə biləcək parlament seçkiləri keçiriləcək.

Merz “həlledici” səsvermə riskini xatırladaraq, “Moldovanın Avropa İttifaqının xeyrinə seçimini təminatlı hesab etmək olmaz” xəbərdarlığını edib.

Vəziyyəti həm müharibənin iqtisadi nəticələri, həm də rusiyayönlü qüvvələrlə siyasi qarşıdurma mürəkkəbləşdirir.

Reuters-in məlumatına görə, fərari oliqarx İlan Şor hökumət əleyhinə nümayişlərdə iştirak etmək üçün ayda 3 min dollara qədər pul təklif edir.

Sandu həmçinin seçkilərə müdaxilə, qeyri-qanuni maliyyələşdirmə, kiberhücumlar və dezinformasiya kampaniyalarını təhdid adlandırıb.

Avropa İttifaqı Moskvanı açıq şəkildə demokratiyaya zərbə vurmaqda ittiham edir.

...Rusiya Moldovanı yenidən öz təsir dairəsinə qaytarmağa çalışır, - Merz deyib.

Bu arada Moldovanın Avropa İttifaqına daxil olmaq perspektivləri qeyri-müəyyən olaraq qalır. İslahatlara baxmayaraq, Ukraynanın irəliləyişinə qarşı çıxan və müvafiq olaraq Moldova danışıqlarını da ləngidən Macarıstanın prosesi əngəlləməsi səbəbindən ölkə özünü “durğunluq” vəziyyətinə salıb.

...Avropa İttifaqını qapıları açıqdır, - deyən Merz payızda prosesi sürətləndirəcəyini vəd edib.

Bununla belə, analitiklər xəbərdarlıq edirlər ki, çox uzun fasilə Rusiyanın təsirini gücləndirə və vəziyyəti sabitliyi poza bilər.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Avqust 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri