Daha bir kənd Britaniyadan ayrılmağa səs verdi Yeni bayraqda nə təsvir olunub?
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb.
Səsvermədə kənd sakinlərinin təxminən yarısı iştirak edib. Ayrılmağın lehinə 257 nəfər, əleyhinə isə 16 nəfər səs verib. Daha bir bülleten etibarsız hesab edilib.
Nəticələr elan olunduqdan sonra kilsə şurasının üzvü və yerli sakinlər assosiasiyasının rəhbəri Helen Bek Barnemin yeni bayrağını təqdim edib. Bayraqda Suffolk qraflığında geniş yayılmış çöl qaçağanı təsvir olunub. Quşa Endi Barnem adı verilib.
Referendumun nəticələri hüquqi qüvvəyə malik deyil. Bundan əvvəl Piddinqton sakinləri də analoji simvolik səsvermə keçiriblər. Daha bir neçə İngiltərə yaşayış məntəqəsi isə qaçqınların hərbi obyektlərdə yerləşdirilməsi planlarına etiraz olaraq bu nümunəni təkrarlamaq niyyətində olduğunu açıqlayıb.(Publika.az)
Baxış sayı:77
Bu xəbər 22 Noyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















