Çirkli hava Pakistanda nəqliyyatı iflic edir
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pakistanın ikinci ən böyük şəhəri olan Lahor təhlükəli duman səbəbindən dünyanın ən çirkli şəhəri elan edilib.
Yeniavaz.com xəbər verir ki, Beynəlxalq Hava Keyfiyyətinin Monitorinqi təşkilatının məlumatına görə, bazar günü şəhərdə havanı çirkləndirən maddələrin konsentrasiyası 289-a çatıb. Bu göstərici Lahoru dünya şəhərləri arasında hava çirkliliyinin ən yüksək olduğu məkan edib.
Pakistanın şərqində, Hindistanla sərhədə yaxın ərazidə yerləşən Lahor son bir neçə həftədir dünyanın ən çirkli böyük şəhərləri sırasında ilk yerdə qərarlaşır.
Hava şəraitinin kəskin pisləşməsi və görmə məsafəsinin azalması səbəbindən hakimiyyət orqanları bir sıra böyük şəhərləri birləşdirən magistral yolları bağlamaq məcburiyyətində qalıb. Çirklənmənin qarşısını almaq məqsədilə tüstü emissiyası yüksək olan nəqliyyat vasitələrinin sahiblərinə qarşı cərimələr də tətbiq edilib.
Pakistan hakimiyyəti hava çirkliliyinin əsas səbəbləri sırasında sənaye müəssisələrinin tullantılarını, kərpic zavodlarından və avtomobillərdən yayılan tüstünü, eləcə də kənd təsərrüfatı və məişət tullantılarının yandırılmasını göstərir.
Qeyd edək ki, Pakistan qlobal karbon qazı emissiyalarının 1 faizindən azını təşkil etsə də, iqlim dəyişikliyinin təsirlərinə ən çox həssas olan 10 ölkə sırasındadır.
Bu mövzuda digər xəbərlər:Yeni Dehlidə çirkli hava həyatı iflic etdi KONKRET
19 Noyabr 2024 10:28
Çirkli hava bu ölkədə həyatı iflic edib FOTO
23 Yanvar 2025 13:22
Məktəblər bağlandı Tehranda çirkli hava
10 Dekabr 2024 21:36
Tədqiqat: Çirkli hava miqreni ağırlaşdırır
17 Aprel 2026 22:13
Çirkli hava insanı intihara SÜRÜKLƏYİR
18 Sentyabr 2026 10:01
Baxış sayı:48
Bu xəbər 22 Noyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















