Zelenski Kiyevdə dağıdılan binadan və 14 nəfərin itkin düşdüyündən danışıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Ukraynanın Kiyev vilayətinə dron hücumu nəticəsində beşmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb, 14 nəfərlə əlaqə kəsilib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Onun sözlərinə görə, hadisə Kiyev vilayətinin Dımer qəsəbəsində baş verib.
Zelenski bildirib ki, xilasedicilər dağılan binadan 9 nəfəri təxliyə edib, baş verən yanğın lokallaşdırılıb.
“Lakin təəssüf ki, dağıntılar altında hələ də insanlar ola bilər. 14 nəfərlə əlaqə yaratmaq mümkün deyil”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
O qeyd edib ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir və bütün zəruri xidmətlər əraziyə cəlb olunub.
Zelenski, həmçinin Rusiyanın Zaporojyedə yaşayış binalarına idarəolunan aviasiya bombaları ilə endirdiyi zərbələr nəticəsində bir uşağın yaralandığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Noyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















