Akademik Yusif Məmmədəliyev haqqında biblioqrafik göstərici çapdan çıxıb
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında dünyaşöhrətli alim, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, akademik Yusif Məmmədəliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib.
MEK-dən XQ-yə bildirilib ki, alimin anadan olmasının 120 illik yubileyinə həsr olunan göstəricidə onun həyat və elmi fəaliyyətinin əsas mərhələləri, əsərlərinin biblioqrafiyası – kitablar, məqalələr və məruzələr, eləcə də alim haqqında yazılmış mənbələr əksini tapıb. Nəşrə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin alimin 90 və 100 illik yubileyləri ilə bağlı sərəncamları, AMEA Rəyasət Heyətinin akademikin 120 illiyi münasibətilə qəbul etdiyi qərar daxil edilib.
Vəsaitin ön sözünün müəllifi “Dünya elminə böyük töhfələr vermiş alim – Yusif Məmmədəliyev” adlı məqaləsi ilə akademik Vaqif Abbasov, elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçiləri isə şöbənin əməkdaşları baş biblioqraflar Afət Məmmədova və Natəvan Rəhimovadır.
Neft-kimya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulan biblioqrafik göstəricinin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 Yanvar 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















