Aktyor Cessi Ayzenberq böyrəyini tanımadığı adama bağışlamaq istəyir
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sosial şəbəkə" və "Aldatma illüziyası" filmləri ilə tanınan amerikalı aktyor Cessi Ayzenberq tanımadığı adam üçün böyrək donoru olacaq.
Oxu.Az xəbər verir ki, o bunu "Today" telekanalına bəyan edib.
"Həqiqətən də altı həftə sonra böyrək donoru olacağam. Mən donor virusuna yoluxmuşam", - deyə aktyor zarafatla bildirib.
Ayzenberq yaxın vaxtlarda altruistik donorluq proqramında iştirak edəcək. Proqrama görə, ianələr konkret şəxsə ünvanlanmalıdır.
"Bu, tamamilə təhlükəsizdir və çox lazımlıdır. Düşünürəm ki, insanlar bunun aydın görəcəklər, sadəcə vaxt və istək tələb olunur", - deyə aktyor bildirib.
Baxış sayı:64
Bu xəbər 31 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















