Icma.az
close
up
RU
Akula dişləri olan 5 it cinsi

Akula dişləri olan 5 it cinsi

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu it cinsləri mehriban və şirin görünə bilər, amma onların dişləri olduqca təhlükəli təsir bağışlaya bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, itlər, ümumiyyətlə, güclü diş quruluşuna malikdirlər və qarşılarına çıxan hər şeyi gəmirə bilirlər. Lakin məlum olub ki, bəzi kiçik ölçülü it cinslərində bir neçə sıra "akula dişlərinə bənzər" dişlər ola bilər. 

Kiçik cins itlərdə tez-tez rast gəlinən bir problem "saxlanmış süd dişləri" dir. Bu, süd dişlərinin tökülməyərək böyüklərlə birlikdə ağızda qalması deməkdir. Bu da ağız boşluğunda sıxlıq və ikiqat diş sırası yaradır, nəticədə dişlər daha iti və nəzərəçarpacaq dərəcədə görünür.

Yorkşir Teryeri

Bu cinsin dişləri akula dişlərini xatırladır. Bu dişlər onların sevimli və tüklü bığlarının altında gizlənir. Eyni zamanda bu itlər balaca bədənlərində böyük xarakter daşıyırlar.

Lovet Pet Health Care klinikasının baytar həkimi Kerri Tarr deyir:

“Onların enerjisi və çılğınlığı bu cinsin cazibəsinin bir hissəsidir".

Çihuahua

Digər bir miniatür cins olan Çihuahua da qarşısına çıxan hər şeyi gəmirə bilir. Ancaq onların "akula" dişlərinin çox kiçik olması, zərər vermə ehtimalını azaldır.

Baytar Eymi Uorner əlavə edir

“Çihuahua balacadır, amma son dərəcə sədaqətlidir. Onlar bir insana dərin şəkildə bağlanır və olduqca etibarlı dostlardır".

Taksa

Taksa, kiçik ölçüsünə baxmayaraq, möhkəm və kəskin dişlərə sahibdir. Kinoloq Sara Rütten taksaları belə təsvir edir:

“Onlar çox maraqlıdır və ətrafı kəşf etməyi sevirlər. Lakin bu balaca dostlar çox yaxşı tərbiyə oluna bilir və ətrafdakılarla tez ünsiyyət qururlar. Onları divan gəmirəcəkləri yerinə gəzməyə təşviq edə bilərsiniz. Üstəlik, onlar əla yoldaşlardır".

Staffordşir Bullteryer

Bu cinsin akula dişləri və qaranlıq rəngli tükləri ilk baxışda qorxuducu görünə bilər. Amma əslində staffilərin olduqca mehriban və sahibinə sadiq itlər olduğu bildirilir.

Baytar həkim Keytlin Conson bildirir:

“Əgər evinizdə staffi varsa və ya bu cinsdən bir it almağı düşünürsünüzsə, onun gəmirə biləcəyi çoxlu maraqlı əşyalarınız olduğuna əmin olun. Əks halda ayaqqabınız və digər vacib əşyalarınız gözlənilmədən oyuncağa çevrilə bilər. Amma bu cinsin təbii sakit xasiyyəti onlara uzun müddət qəzəblənməyi mümkünsüz edir".

Bigl

Bigllar fitri ov itləridir və onların da dişləri akula dişlərini xatırladır. Lakin mütəxəssislər bildirir ki, onların dişlərindən qorxmağa dəyməz, çünki bigllar olduqca mehriban və dostcanlı balalardır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri