Icma.az
close
up
RU
Ali məktəblərdə yeni ixtisasların yaradılması günün tələbidir

Ali məktəblərdə yeni ixtisasların yaradılması günün tələbidir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Nəticədə, plan yerlərinin artımı təhsilin daha çox insana əlçatan olmasına xidmət edəcək


 Müasir dövrün tələblərinə uyğun olaraq orta və ali təhsil müəssisələrində yeni ixtisasların yaradılması təhsil sisteminin modernləşdirilməsi və iş bazarının tələblərinə uyğun kadr hazırlığı üçün vacibdir. Texnologiyanın sürətli inkişafı, rəqəmsallaşma və qlobal trendlər yeni ixtisasların ortaya çıxmasını şərtləndirir. Bu ixtisaslar cəmiyyətin tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsinə kömək edə və gələcəkdə rəqabətqabiliyyətli kadrların hazırlanmasına töhfə verə bilər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və dietologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları artıq gələn ildən etibarən universitetlərin bakalavriatura səviyyəsində tədris olunacaq.

Bu yenilik barəsində ictimaiyyət, eləcə də təhsil ekspertlərinin fikirləri heç də birmənalı deyil. Bir qisim mütəxəssis yeni ixtisasların əmək bazarının tələbləri ilə heç də uyğunlaşmadığı qənaətindədir. Onların fikrincə, əmək bazarının cari şərt və tələbləri bu ixtisaslar üzrə iş tapma imkanlarını o qədər də yüksək dəyərləndirmir.


Təhsil eksperti Elmin Nurinin sözlərinə görə, ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsi üzrə 7 yeni ixtisasın yaradılması bir çox parametrlər baxımından təqdirəlayiqdir: “Lakin subyektiv qənaətimiz bu fikirlərin əksi üzərində olacaqdır. Düşünürəm ki, yeni tədris olunacaq bütün 7 ixtisas əmək bazarının tələblərinə əsasən yüksək şəkildə proqnozlaşdırılıb və bu istiqamətdə qarşıdakı dönəm üçün praktikilik göstəricisi dəqiqliklə hesablanıb. Xüsusən də iki ixtisas: “data analitikası” və “Proqram təminatı mühəndisliyi” ilə bağlı bunları daha ürəkdən səsləndirmək olar. Artıq dünya əmək bazarında bu iki ixtisasın yeri, kadr potensialına olan tələbat pik həddə çatmaqdadır. Süni intellekt əsrinin əsas danışan dillərindən biri olan data analitikanın nəinki tədrisi, hələlik anlayışın özü belə bizim üçün yaddır. Halbuki dünya miqyasında bir çox  universitetlərdə bu ixtisasın tədrisinə artıq bir neçə on il bundan əvvəl təcili və təxirəsalınmaz şəkildə start verilib.

Data analitikasına əmək bazarında olan tələbat nəinki ildən-ilə, hətta aydan-aya dəyişir. Bizdə isə təəssüf ki, bu istiqamətdə kadr bazası həddindən artıq zəifdir. Hətta o qədər zəifdir ki, bir çox qurum, təşkilat və şirkətlər data analitikası istiqamətində öz əməkdaşlarına təlim keçmək üçün normal təlimçi belə tapmaqda çətinlik çəkirlər. Bazarda bu istiqamətdə olan yaxşı mütəxəssislər isə həm xidmət haqqı, həm də sıx qrafik baxımından çox əlçatmaz olurlar. Data analitikası ixtisasının tədrisinə başlasaq da, bir reallığı mütləq deməliyəm: biz bu istiqamətdə ən azı bir 10 il zaman itirmişik. “Ziyanlı yolun yarısından da qayıtmaq xeyirdir”,- deyərək, gələn ildən həm bu, həm də digər yeni ixtisasların tədrisinə start verməliyik. Bu zaman belə bir ciddi sual meydana çıxacaq, həmin ixtisasların yerli universitetlərdə tədrisini kimlər həyata keçirəcək? Bu, həqiqətən də, ciddi problemə yol açan bir sualdır. Etiraf etməliyik ki, bununla bağlı ciddi çatışmazlığımız olacaq. Çünki yeni ixtisasların demək olar ki, hamısı ilə bağlı biz nəinki pedaqoq, hətta ekspert, mütəxəssis qıtlığını belə yaşayırıq. Belə olan halda, bu ixtisaslar üzrə yeni kadrlar necə və kimlər tərəfindən hazırlanacaq? Şəxsən məndə bu suallarla bağlı o qədər də pozitiv cavab yoxdur. Amma haradansa, necəsə başlamaq lazımdır. Kadr problemini qabartsaq, bu istiqamətdə daha bir neçə il geri düşəcəyik”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədovun fikrincə, universitetlərdə yeni ixtisasların yaradılması növbəti ildən plan yerlərinin artmasına ciddi təsir göstərəcək bir addım kimi qiymətləndirilə bilər.

O qeyd edib ki, bu proses həm ölkənin ali təhsil sisteminin müasirləşdirilməsi, həm də tələbələrin əmək bazarına uyğun sahələrdə təhsil alma imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Lakin bu təsirləri düzgün qiymətləndirmək üçün bir neçə vacib aspekti nəzərdən keçirmək lazımdır.

Yeni ixtisasların yaradılması ilk növbədə tələbə qəbulu prosesində müxtəlifliyin artırılmasına şərait yaradır. Məsələn, texnoloji innovasiyalar, yaşıl enerji, süni intellekt, biotexnologiya, kibertəhlükəsizlik, data analitikası və digər müasir istiqamətlər üzrə təklif edilən ixtisaslar gənclər üçün daha perspektivli seçimlər təqdim edə bilər.

Bu, yalnız tələbə sayını artırmaqla kifayətlənməyəcək, həm də tələbələrin daha keyfiyyətli təhsil almaq və əmək bazarına daha hazırlıqlı kadr kimi daxil olmaq imkanlarını genişləndirəcək. Nəticədə, plan yerlərinin artımı təhsilin daha çox insana əlçatan olmasına xidmət edəcək.

Bununla yanaşı, bu proses müəyyən çətinliklərlə də müşayiət oluna bilər. Yeni ixtisasların yaradılması universitetlərə əlavə infrastruktur və insan resursları tələb edir. Əgər təhsil müəssisələrinin mövcud tədris bazası və kadr potensialı bu genişlənməyə uyğunlaşdırılmazsa, bu, həm tədris keyfiyyətinə, həm də tələbələrin məmnuniyyətinə mənfi təsir göstərə bilər.

Xüsusilə laboratoriyalar, texniki avadanlıqlar, xüsusi sahələr üzrə müəllimlər və elmi bazanın mövcudluğu yeni ixtisasların uğurlu tətbiqi üçün vacibdir. Universitetlər bu sahədə beynəlxalq təcrübədən yararlanaraq, qabaqcıl ali təhsil modellərini tətbiq etməlidir".


Təhsil ekspertinin sözlərinə görə, yeni ixtisasların yaradılması əmək bazarının tələblərinə uyğun şəkildə həyata keçirilməlidir:

"Ölkənin iqtisadi inkişaf strategiyasına uyğun olmayan və ya əmək bazarında kifayət qədər tələb görməyən ixtisasların artırılması həm resurs israfına, həm də məzunların işsizlik probleminin artmasına səbəb ola bilər. Bu baxımdan, universitetlərin işəgötürənlər, iqtisadi sektorun nümayəndələri və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etməsi vacibdir. Əmək bazarının ehtiyacları müntəzəm şəkildə öyrənilməli və yeni ixtisasların formalaşdırılması bu məlumatlar əsasında həyata keçirilməlidir.

Beynəlxalq təcrübəyə nəzər saldıqda, bir çox inkişaf etmiş ölkələrdə yeni ixtisasların yaradılması plan yerlərinin artımına mühüm təsir göstərib. Məsələn, ABŞ-də STEM (elmi-texniki fənlər) istiqamətlərində təhsil yerlərinin artırılması tələbələrin bu sahələrə marağını artırıb və ölkənin innovasiya potensialını gücləndirib.

Eyni zamanda Finlandiya, Almaniya və Cənubi Koreya kimi ölkələrdə yeni ixtisasların yaradılması yalnız təhsil resurslarının artırılması ilə deyil, həm də təhsil məzmununun daim yenilənməsi və əmək bazarına uyğunlaşdırılması ilə müşayiət olunub.

Azərbaycanda bu dəyişikliklərin müsbət təsirini görmək üçün universitetlərin yeni ixtisaslara uyğun tədris proqramlarını hazırlaması, müasir təhsil texnologiyalarını tətbiq etməsi və tələbələr üçün daha geniş təcrübə imkanları yaratması zəruridir. Bundan başqa, müəllim heyətinin ixtisaslaşmasını artırmaq və onların yeni sahələr üzrə biliklərini təkmilləşdirmək vacibdir. Dövlət səviyyəsində bu sahəyə əlavə maliyyə vəsaitlərinin ayrılması və müasir avadanlıqların alınması təmin edilməlidir.

Yeni ixtisasların yaradılması və plan yerlərinin artırılması yalnız təhsilin kəmiyyət baxımından genişlənməsinə deyil, həm də onun keyfiyyətinin artmasına xidmət etməlidir. Əgər bu proses düzgün planlaşdırılarsa və icra edilərsə, bu, ali təhsil sisteminin gücləndirilməsinə, tələbələrin daha yüksək səviyyədə təhsil almasına və ölkənin ümumi iqtisadi inkişafına mühüm töhfə verəcək. Bu, yalnız növbəti ilin deyil, uzunmüddətli perspektivin də strateji hədəflərindən biri olmalıdır". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri