Icma.az
close
up
RU
Alınan bu qərar vətəndaşların məhkəmə qərarının icrasına olan etimadsızlığını aradan qaldıracaq

Alınan bu qərar vətəndaşların məhkəmə qərarının icrasına olan etimadsızlığını aradan qaldıracaq

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu günlərdə Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib. Belə ki, borclu borcunun hissə-hissə ödənilməsi ilə bağlı müxtəlif məhkəmə instansiyalarından rədd cavabı alsa da, Ali Məhkəmə onun borcunu hissə-hissə ödəməsi ilə bağlı qərar verib. Ali Məhkəmə hesab edib ki, Cinayət Prosessual Məcəllənin 509.1.9 və 510.3-cü maddələri Konstitusiyanın 25 və 60-cı maddələrinin, eləcə də CPM-in 179.2 və Mülki Prosessual Məcəllənin 231-ci maddələrinin tələblərinə uyğun olaraq tətbiq edilməli, məhkumun məhkəmə hökmü ilə müəyyən edilmiş mülki iddia məbləğinin hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququ tanınmalıdır. Həmçinin bu növ müraciətlərə baxılarkən işin halları ətraflı araşdırılmalı, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının tam icrasına nail olmaq məqsədilə icra zamanı tətbiq edilməli olan prosedurların həyata keçilməsi ilə bağlı müraciətlərə həssas yanaşılmalıdır. Məhkumun maddi imkanı mülki iddia məbləğinin birdəfəyə ödənilməsinə imkan vermədiyi təqdirdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasız qalması nəticəsində yaranan etimadsızlığın qarşısını almaq məqsədi ilə hissə-hissə icra institutunun tətbiqi məsələsi də müzakirə mövzusu olmalıdır.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu qərara qədər mülki iddialar mülki icraatlar üzrə məhkəmələr tərəfindən çıxarılmış və qanuni qüvvəsini almış borc məbləğlərinin və ya vurulmuş zərərlərin ödənilməsi ilə bağlı məhkəmə iddialarının icrası ilə bağlı borclular tərfindən icra məmuruna ərizə müraciətləri olunurdu. İcra məmuru müvafiq təqdimatı məhkəməyə təqdim edirdi və yaxud borclunun özü birbaşa məhkəməyə müraciət etməklə onun maddi durumunun nəzərə alınması yolu ilə məhkəmə qərarına birdəfəlik deyil, hissə-hissə ödənilməsi ilə bağlı müraciətinə baxılır və qərarın icra olunması ilə bağlı qətnamə qəbul olunurdu.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Cinayət Prosesual hissəsində bu hal yeni bir haldır. Bu qərar dövlətin adından qəbul edilmiş məhkəmə qərarlarının icrasına kömək edəcək və eyni zamanda vətəndaşların məhkəmə qərarının icrasına olan etimadsızlığı aradan qalxacaq. Burada məhkəmələr hissə-hissə ödəmə barədə müraciəti və ya təqdimatı təmin edərkən ciddi şəkildə araşdırma aparılmalıdır ki, həqiqətən də borclunun maddi vəziyyəti buna imkan vermir. Bəzi hallarda borcluların və ya zərər vurmuş şəxslərin maddi vəziyyətləri, əmlak vəziyyətləri və ya gəlirləri imkan verir, amma onlar bunu bilərəkdən gecikdirməyə cəhd edə bilərlər. Nəticədə də vətəndaşlarda məhkəmə qərarına, təmin olunmuş mülki iddialarla bağlı hissələrin icrasına etimadsızlıq yaranır deyən hüquqşünasın fikrincə, bu qərar kifayət qədər faydalı bir qərar olacaq.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Yanvar 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri