Almaniya Əsəd rejiminin agentlərinin sığınmasına icazə verməyəcək Berbok
Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.
Almaniya Əsəd rejiminin agentlərinin sığınmasına icazə verməyəcək
Teleqraf.com "Bild" nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Əsədin işgəncə verənlərdən biri Almaniyaya qaçmağı düşünürsə biz ona sığınacaq verməyəcəyik. Mən ancaq açıq deyə bilərəm ki, rejimin bütün əlaltılarını törətdikləri dəhşətli cinayətlərə görə qanunun gücü qarşısında cavab verəcək" - Berbok bildirib.
Berbok həmçinin qeyd edib ki, hazırda beynəlxalq təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin mümkün qədər sıx əməkdaşlıq etməsi vacibdir.
Almaniyanın Daxili İşlər Naziri Nensi Faeser isə sərhəd nəzarətinin daha sərt olduğunu vurğulayıb.
"Biz son dərəcə ayıq-sayıqıq. Əgər Əsədin terror rejiminin qulluqçuları Almaniyaya qaçmağa cəhd edərlərsə, bilməlidirlər ki, onların cinayətlərini bu qədər sərt şəkildə təqib edən başqa bir ölkə yoxdur" - nazir deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 16 Dekabr 2024 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















