Almaniyanın Baden Vürttemberq əyalətində supermarketin damı çöküb, dörd nəfər xəsarət alıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Berlin, 7 sentyabr, AZƏRTAC
Almaniyanın Baden-Vürttemberq əyalətindəki Lauxrinqen şəhərində supermarketin dam örtüyünün çökməsi nəticəsində dörd nəfər xəsarət alıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılların şəxsiyyəti və hadisənin başvermə səbəbləri barədə məlumat verilməyib.
Hadisə zamanı supermarketdə müştəri və işçilər də daxil olmaqla 26 nəfər olub. Qəzadan dərhal sonra hadisə yerinə təhlükəsizlik və xilasetmə qüvvələri, təcili yardım briqadaları, o cümlədən helikopter cəlb olunub və insanlar dərhal təxliyə edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 07 Sentyabr 2025 02:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















