Icma.az
close
up
RU
Ana tərəfdən nəsildə süd vəzisi xərçəngi varsa...

Ana tərəfdən nəsildə süd vəzisi xərçəngi varsa...

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Süd vəzi xərçəngi dünyada, o cümlədən Azərbaycanda qadınların ölüm səbəbləri içərisində ilk yeri tutur.

Hər yaş dövründə rast gəlinən həmin xəstəlikdə xeyli "cavanlaşma" müşahidə olunur, hətta 4 yaşlı balaca qızda da süd vəzi xərçəngi aşkarlanıb. Xəstəliyə 18 yaşdan yuxarı xanımlarda daha çox rast gəlinir.

Azertag.az Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının mammoloq-radioloqu, Azərbaycan və Avropa Radioloqlar Cəmiyyətinin həqiqi üzvü Günel Qəmbərova ilə müsahibəni təqdim edir:

- Xəstəliyin əmələ gəlməsində hansı səbəblər daha çox rol oynayır?

- Süd vəzi xərçənginin əmələ gəlməsində genetik faktorlar, hormonal pozulmalar, gənc anaların körpələrini əmizdirməkdən imtina etməsi, travmalar, dar alt paltarları, cinsi həyatın normal olmaması, tünd içkilərin, qəhvənin normadan artıq içilməsi, günəş şüalarının qorunmadan qəbul edilməsi əsas səbəblər kimi göstərilə bilər. Ana tərəfdən nəsildə süd vəzi xərçəngi varsa, xanımların erkən müayinədən keçməsi, təhlillərin aparılması vacibdir. Dar alt paltarlarının geyinilməsi süd vəzi xərçənginin əmələ gəlməsi səbəblərinin 4 faizini təşkil edir. Gənc anaların isə körpəyə ən azı 6 ay süd vermələri həm uşağın, həm də özlərinin sağlamlığı baxımından çox vacibdir.

- Ən çox maraq doğuran məsələlərdən biri də lazer epilyasiyasının xərçəngə səbəb olmasıdır...

- Son vaxtlar bu sual xanımları çox narahat edir və bizə də çoxlu suallar ünvanlayırlar. Lakin epilyasiya zamanı lazer şüaları deyil, dalğaları istifadə olunduğundan onun bədxassəli şişlər əmələ gətirməsinə dair sübutlar yoxdur.

- Silikonlar süd vəzi xərçənginə səbəb olurmu?

- Titan tərkibli silikonlar bir o qədər də qorxulu deyil. Lakin silikonlar mütləq simmetrik vəziyyətdə süd vəzidə yerləşdirilməlidir. Silikon qoyduran xanımlar mütləq vaxtlı-vaxtında müayinələrdə iştirak etməlidirlər. Çünki silikonların ölçülərinin dəyişib-dəyişmədiyinə həkimin baxması vacibdir.

- Süd vəzi xərçəngindən ölüm halının qarşısını hansı mərhələdə almaq olar?

- Ən əsas ilkin mərhələdə. Əgər vaxtında diaqnoz qoyularsa, xəstəlik erkən mərhələdə aşkarlansa, nə süd vəzi amputasiya olunar, nə də ağır nəticələr alınar. Süd vəzində bir santimetr kütlənin əmələ gəlməsinə 8 il vaxt sərf olunur. Həmin kütlə yaranana qədər zaman itirilməsə, vaxtında həkim müdaxiləsi olsa, əlbəttə ki, daha müsbət nəticələr əldə etmək olar.

- Xəstəliyin ilkin əlamətləri nədən ibarətdir?

- Süd vəzi giləsinin içəri batması, onun ətrafında böyümələr, hər hansı bir kütlənin, yaranın əmələ gəlməsi, axıntıların olması xəstəliyin əlamətləri sırasındadır. Axıntılar zamanı duktoqrafiya müayinəsi aparılır və axarların, qanlı ifrazatın və mənbəyini müəyyən etmək üçün tətbiq edilir. Əgər 18 yaşdan sonra xəstəliklə bağlı şübhələr varsa, ultrasəs, mammoqrafiya və həkim müayinəsindən keçmək lazımdır. Lakin qadınların ildə bir dəfə müayinədən keçməsi məsləhət görülür. Ümumiyyətlə, süd vəzi xərçənginin daha çox rast gəlinmə ehtimalının olduğu 35 yaşdan yuxarı qadınların ildə bir dəfə, 50 yaşdan yuxarı qadınların isə ildə iki dəfə müayinədən keçməsini tövsiyə edilir.

Yaşından asılı olmayaraq hər bir qadına ayda ən azı bir dəfə güzgü qarşısında süd vəzilərini yoxlamağı, özlərinə qarşı diqqətli olmağı məsləhət görürük.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri