Anar Bayramov: “Şirkətlərdə maliyyə şəffaflığının olmaması bazarda haqsız rəqabət yaradır” VİDEO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Əgər maliyyə şəffaflığı yoxdursa, bu, ölkə iqtisadiyyatına çox ciddi şəkildə təsir göstərir. Bu həm də haqsız rəqabətə gətirib çıxarır”.
Bizim.Media xəbər verir ki, bunu “MediaFM-105.5”ə müsahibəsində maliyyə şəffaflığından danışan iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov deyib.
“Fikirimin izahı üçün qeyd edim ki, əgər mən bazara müəyyən məhsul çıxarıramsa, qanunvericiliyə görə buna görə işçilərə əmək haqqı, vergi verirəmsə, deməli məhsulun maya dəyəri formalaşır. Maya dəyərə görə də bazarda qiymət təqdim edirəm. Amma proses “qara mühasibatlıq” üzərindən gedirsə, vergidən yayınılırsa, artıq burada əlavə gəlir formalaşır.
Nəticədə, bazara istədiyin qiyməti diqtə edə bilirsən”, - deyə o qeyd edib.
Daha ətraflı videoda:
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















